Boksçularımız beynəlxalq turnirdə mübarizə aparacaq

19.06.2022 16:18 409
İdman
Rumıniyanın Georgeni şəhərində yeniyetmə və məktəbli boksçular arasında beynəlxalq turnir start götürəcək.

6 gün davam edəcək yarışa Azərbaycan milli komandası da qatılacaq.

Yığmamız oğlan və qız boksçular arasında keçiriləcək turnirdə 8 idmançı ilə təmsil olunacaq. Yeniyetmə oğlanların yarışında Faiq Mollayev (48 kq), Tacı Nəsibov (50 kq), Məhəmmədəli Aşırəliyev (54 kq) və Məhəmmədəli Qasımzadə (57 kq) qalib adı uğrunda mübarizə aparacaq. Komandaya məşqçi Ağası Məmmədov rəhbərlik edəcək.

Qız boksçuların yarışında isə ölkəmizin idman şərəfini Aysu İsmayılova (46 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) qoruyacaqlar. Onlar rinqə baş məşqçi Yadigar Məmmədovun rəhbərliyi altında çıxacaqlar.

İyunun 20-də səfərə yollanacaq yığma ayın 27-də Vətənə qayıdacaq.

Qeyd edək ki, turnirdə iyunun 20-də püşkatma olacaq və ertəsi gün ilkin döyüşlərə start veriləcək. Final görüşləri isə iyunun 26-da olacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul