AÇ-2024-ün 5-ci günündəyik. Nəhayət, bu gün qardaş Türkiyə yığması da meydana çıxacaq.
''Ay-ulduzlular'' Dortmundda Gürcüstan ilə üz-üzə gələcək. Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi dünən ''TRT Spor''a açıqlamasında həm tribunadan, həm də ekran başından oyunu izləyəcək fanatları fəal olmağa, dəstəklərini əsirgəməməyə çağırdı. Büyükekşi eyni zamanda stadiona 150 min Türkiyə bayrağı gətiriləcəyini və komandanı dəstəkləyən hər kəsə paylanılacağını bildirdi. Bu arada federasiya prezidentinin bir çağırışının 5 klub tərəfindən geri çevirilməsi diqqət çəkdi. Büyükekşi superliqa klublarının bütün prezidentlərini yığmanı stadiondan dəstəkləmək üçün Almaniyaya dəvət etdi. Amma ''Qalatasaray'', ''Fənərbaxça'', ''Beşiktaş'', ''Trabzonspor'' və ''Kasımpaşa''nın prezidentləri bu təklifi geri çevirdi! Onu da bildirək ki, bu gün Vinçentso Montellanın yubileyidi. Türkiyə yığmasının italiyalı baş məşqçisi 50 yaşını qeyd edir.
ƏLİ