Cəbrayıl – Araz Saatlı 2:0 (1:0)
Cəbrayıl: 1. Fərman Bayramov, 20. Ruslan Əmircanov (k), 4. Vüsal Səfərov (10. Elvin Məmmədov, 76), 44. Samir İbrahimov, 9. Ruslan Voronsov, 7. Tapdıq Əhmədov (25. Baxşəli Baxşəliyev, 88), 13. Elşad Əliyev (17. Nurlan Quliyev, 79), 19. Məhərrəm Orucov, 22. Əli Nəcəfli, 77. Zahir Mirzəzadə, 11. Polad İbrahimov.
Araz Saatlı: 1. Əmrah Məmmədli, 11. Elnur Mustafazadə, 10. Ravil Yusifli (49. Rəvan Əvəzov, 64), (22. Davud Mahmudov, 84), 7. Oqtay Məmmədov (k), 17. Ceyhun Rəcəbli, 4. Fərid Nadirov, 44. Cavidan Rəhimli (19. Elijah Ben, 76), 6. Həmzə Əliyev, 5. Sehran Abbasov, 15. Sequn Omotoşo, 29. Lamin Çam.
Qollar: T.Əhmədov, 40 (1:0, R.Əmircanov). E.Əliyev, 61 (2:0, V.Səfərov).
Vərəqələr: F.Nadirov, 5 (qeyri-idman hərəkəti). H.Əliyev, 24 (qeyri-idman hərəkəti). Z.Mirzəzadə, 44 (qeyri-idman hərəkəti). R.Əvəzov, 71 (qeyri-idman hərəkəti). Ə.Nəcəfli, 90 (qeyri-idman hərəkəti). M.Orucov, 90+8 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: FƏRİD HACIYEV, Zöhrab Abbasov, Eyyub İbrahimov, Rauf Allahverdiyev (hamısı Bakı).
VAR hakimi: Nicat İsmayıllı (Bakı).
VAR hakiminin köməkçisi: Rəhman İmami (Bakı).
Hakim-inspektor: Əmrah İbrahimov (Bakı).
AFFA nümayəndəsi: Elgiz Abbasov (Masallı).
9 iyun. Bakı. “ASCO Arena”. 300 tamaşaçı.
Bildiyiniz kimi, 1-ci liqanın 9-cu komandası burda yerini qorumaq üçün 2-ci liqanın ikincisi isə pley-offda qarşılaşmalıydı. Yəni “Difai Ağsu” ilə “Cəbrayıl” qarşılaşacaqdı. Lakin məlum səbəblərdən “İrəvan” 1-ci liqadan qovuldu. Belədə “Difai Ağsu” bir pillə yüksəldi, onun yerini tutan “Araz Saatlı” Cavid Hüseynovun komandasına rəqib oldu.
“Araz Saatlı” son turlarda baş məşqçisi Rüfət Quliyevlə yollarını ayırdığından komandanı bu oyuna fiziki hazırlıq üzrə məşqçi Şəhriyar Məmmədov hazırlayıb, baxmayaraq ki, protokolda Zəkəray Atakişiyevin adı yazılıb.
Bu oyunda hesab 39-cu dəqiqədə açıldı. Ruslan Əmircanovun müdafiənin arxasına atdığı ötürmə zamanı Nadirovun yol verdiyi səhvi Tapdıq bağışlamadı – 1:0. Hesabda geri düşən qonaqlar oyuna nəzarəti ələ almağa çalışırdı. Saatlı futbolçuları bərabərlik barədə düşündüyü vaxtda növbəti qolu qapısında gördü. 61-ci dəqiqədə Elşad fərqi artırdı - 2:0. Beləliklə, “Cəbrayıl” ilk oyunda inamlı qələbə qazanmaqla, demək olar ki, cavab görüşünü formallığıa çevirdi. “Araz Saatlı” iyunun 15-də məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Belə dedilər...
Şəhriyar Məmmədov, “Araz Saatlı”nın çalışdırıcısı:
“Çatışmayan cəhətimiz qeyri-dəqiqlik idi. Dəqiq olsaydıq, epizodları daha yaxşı dəyərləndirə bilsəydik, nəticə də fərqli olardı. Hesabın 0:2 olması bizi cavab görüşünə daha ciddi hazırlaşmağa vadar edir. Ümidlərimiz qalır. İnşallah, cavab matçında Saatlı camaatını sevindirməyə çalışacayıq. Bunun üşün əlimizdən gələni əsirgəməyəcəyik”.
Cavid Hüseynov, “Cəbrayıl”ın baş məşqçisi:
“Oyunun çətin keçəcəyi gözlənilirdi. Çünki rəqibin heyətində yaxşı futbolçular var. Çətin oldu, lakin nəticə baxımından bu oyun bizi qane edir. Sadəcə, cavab görüşü də olacağından hələ heç nə bəlli deyil. Hətta deyərdim ki, cavab oyunu bundan da ağır keçəcək. Oyun bitən kimi futbolçularıma da demişəm ki, heç bir arxayınlıq ola bilməz, hələ mərhələni adlamamışıq”.
KAMAL SƏFƏR
