Rahil yığmanın düşərgəsini niyə tərk edib?

10.06.2024 10:52 365
Aktual / Ölkə futbolu
Macarıstanın Sombathey şəhərində təlim-məşq toplanışında olan yığma komandamızın heyətində dəyişiklik edilib.

Rahil Məmmədov məşqçinin icazəsi ilə düşərgəni tərk edib. Görəsən, buna səbəb nədi? Rahil nəyə görə düşərgədən ayrıldı? Bu sualla AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədliyə müraciət etdik. Onun "Football-plus.az"a söylədikləri:

"Öncədən baş məşqçi icazə vermişdi. Albaniya ilə yoldaşlıq görüşündən sonra ailəvi işlər səbəbindən düşərgədən ayrılıb".

Qeyd edək ki, Rahilin əvəzinə viza problemi həll olunan digər müdafiəçi Elvin Bədəlov komandaya qoşulub.

GÜNAY SÜLEYMANOVA

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul