Rahil hələ Polşada qalıb-qalmayacağı ilə bağlı qərar verməyib

8.05.2024 16:40 168
Ölkə futbolu / Manşet
Rahil Məmmədovun şərəfini qoruduğu LKS 31-ci turda “Şlensk”ə məğlub olub.

Hazırda 21 xalla 18-ci yerdə qərarlaşan Lodz təmsilçisinin elitadan getməsi rəsmiləşib. Görəsən, Rahil karyerasını orda davam etdirəcək, yoxsa vətənə qayıdacaq? “Futbol+”in sualını müdafiəçi belə cavabladı:

“Polşada qalıb-qalmayacağıma hələ qərar verməmişəm. Çempionat sona çatsın, hər şeyə aydınlıq gələcək. Hələ vətənə qayıtmaq haqda fikirləşmirəm. Bütün fikrimi sonuncu üç oyuna yönəltmişəm. İstəyirəm ki, azarkeşlərin yaddaşında yaxşı qalım. Məncə, komandanı gec formalaşdırdılar. Bu da elitanı tərk etməyimizə səbəb oldu”.

GÜNAY SÜLEYMANOVA

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul