ABŞ və Rusiya 2024-cü ilin ilk beş ayı üçün Ümumdünya Antidopinq Agentliyinə (WADA) borcun həcminə görə liderdi.
“Football-plus.az” xəbər verir ki, bu haqda qurumun rəsmi saytı məlumat yayıb.
Mayın 31-nə olan bilgiyə görə, amerikalılar 2024-cü il üçün 3 milyon 624 min 983 dollar ödəməyib, Rusiyanın isə həm 2023-cü ilə görə borcu (1 milyon 267 min 23 dollar) var, həm də bu ölkə 2024-cü il üçün üzvlük haqqını (1 milyon 335 min 860 dollar) ödəməyə başlamayıb. 2024-cü il üçün illik üzvlük haqqı 1 milyon dolları aşan qalan ölkələr artıq ödəmə edib. Söhbət Kanada, Yaponiya, Fransa, Almaniya, İtaliya və Böyük Britaniyadan gedir. Maraqlıdı ki, Rusiya idman nazirinin müavini Andrey Fyodorov mayın 8-də Dövlət Dumasının fiziki tərbiyə və idman komitəsinin iclasında WADA-nın müxtəlif bəhanələrlə Rusiyanın 2023-cü il üçün üzvlük haqqını qəbul etməkdən boyun qaçırdığını bildirib, hərçənd ölkəsi borcu ödəməyə hazırdı.