Rusiya üzvlük haqqını ödəyə bilmir

13.05.2024 14:50 147
İdman
Ümümdünya Antidopinq Agentliyinin (WADA) mətbuat xidməti Rusiya idman nazirinin müavini Andrey Fyodorovun bu qurumun Rusiyadan 2023-cü il üçün üzvlükhaqqını qəbul etmədiyi ilə bağlı sözlərinə cavab verib:

“WADA hazırda üzvlükhaqqını almaq üçün Rusiyanın dövlət orqanları ilə təmasları davam etdirir. Dünya bank sistümində mövcud olan məhdudiyyətlər bu prosesi çətinləşdirir”.

Qonşu ölkənin 2023-cü il üçün üzvlük haqqı 1,2 milyon dollar təşkil edir. Rusiyanın idman naziri Oleq Matıtsin bir neçə gün əvvəl ölkəsinin WADA ilə razılaşdırılan məbləği ödəyəcəyini bildirmişdi.