Vaci “Sent-Etyen”i elitaya çıxardı

6.06.2024 20:20 196
Dünya futbolu
Aşağı dəstədə 3-cü yeri tutan “Sent-Etyen” elitanın 16-cı komandası “Mets” ilə dueldən qalib ayrıldı.

“Football-plus.az” xəbər verir ki, ölkənin ən titullu klublarından biri ev oyununda 2:1 hesablı qələbəyə sevinmişdi. Cavab görüşünün əsas vaxtını “Mets” 2:1 öndə bitirdiyindən əlavə vaxta ehtiyac duyuldu. Və burda səhnəyə “Qarabağ”ın sabiq oyunçusu Vaci çıxdı. 102-ci dəqiqədə oyuna qoşulan İbrahima 117-ci dəqiqədə bərabərlik qolunu vurdu. Maraqlıdı ki, seneqallı hücumçu son mövsümdə meydana çıxdığı 9 oyunun heç birində fərqlənməmişdi.

Gələn mövsüm Liqa 1-də oynamaq uğrunda pley-off
final, cavab görüşü: Mets – Sent-Etyen 2:2, əlavə vaxtda
İlk oyun – 1:2.