"Qarabağ"dan ayrılan İbrahima Vaci yeni klubu "Sent-Etyen"də debüt edib.
Football-plus.az xəbər verir ki, seneqallı hücumçu Fransa Liqa 2-nin 7-ci turunda "Pau" ilə səfər matçında 66-cı dəqiqədə meydana daxil olub. Hücumçu 84-cü dəqiqədə komandasına penalti qazandırıb.
"Pau" - "Sent-Etyen" matçı 2:2 hesabıyla başa çatıb.
"Sent-Etyen" 4 xalla 19-cu sıradadı.