"Burda oynamaq arzum idi" - Vaci

3.09.2022 16:54 377
Dünya futbolu
“Qarabağ”dan “Sent-Etyen”ə keçən İbrahima Vacinin yeni klubunda mətbuat konfransı keçirilib.

Football-plus.az xəbər verir ki, seneqallı forvard Fransa təmsilçisinə transferi haqda danışıb:

“Sent-Etyen” hər bir futbolçunun oynamaq istədiyi fantastik klubdu. Komandanın Liqa 1-dəki matçlarını izləmişəm. Bu stadionda oynamaq arzum idi”.

Vaci yeni klubu ilə üç illik müqavilə imzalayıb. “Sent-Etyen”in onun üçün “Qarabağ”a 1,6 milyon avro ödədiyi bildirilir.