Ramalinqom “Səbail”dən ayrıldı? - açıqlama

31.05.2024 23:30 304
Premyer-liqa / Manşet
Son günlərdə Aleksandr Ramalinqomun “Səbail”dən ayrıldığı iddia olunur.

Son mövsümdə 15 qol vuran legioner "dənizçilər"lə başa çatan müqaviləsini yeniləməyib. Bunun əsas səbəbi isə maliyyə məsələsində razılığa gələ bilməməsidi.

Ramalinqomun ayrlılıb-ayrılmadığını öyrənmək üçün “Səbail”in mətbuat katibi Rəçad Məmmədova müraciət etdik: “
Müşahidə Şuranın iclasında baş məşqçi ilə bağlı qərar qəbul edildi. Hazırda klubun idman direktoru baş məşqçinin siyahısına uyğun olaraq, futbolçularla danışıqlara başlayıb. Danışıqlar davam edir. Ad çəkmək istəmirəm. Amma müqavilə imzaladığımız futbolçularla bağlı klubun rəsmi saytında məlumat veriləcək”.


RÖYANƏ OĞUZ