“Football-plus.az” xəbər verir ki, həmkarlarımız "gəmiçilər"in növbəti mövsümdən Mingəçevirə köçəcəyini iddia edib.
Məlumata görə, cari “futbol ili” başa çatan ərəfədə bu barədə ictimaiyyətə məlumat veriləcək. Xəbərdə artıq bu barədə Mingəçevir şəhər rəhbərliyinə məlumat verildiyi qeyd olunub. Bundan əlavə, şəhərdəki stadion da təmir ediləcək, “Səbail”in rəhbər heyəti tam yenilənəcək.
Məsələ ilə bağlı ətraflı informasiya əldə etmək üçün “dənizçilər”in idman direktoru Fərəc Əliyevlə əlaqə saxladıq. Klub rəsmisi xəbəri təkzib etdi:
“Məlumat əsassızdı. İlk dəfədi sizdən eşidirəm. “ASCO Arena”da bir sıra dəyişikliklər etmişik. Səbail rayonunda yaşayan əhalinin bizə dəstək olması üçün işlər görürük. Bir sözlə, Mingəçevirə köçməklə bağlı planımız yoxdu”.
İLKİN SULTANLI
