Emeriylə yeni müqavilə

30.05.2024 21:20 164
Dünya futbolu
"Aston Villa" baş məşqçisi Unay Emeri ilə müqavilə müddətini uzadıb.

“Football-plus.az” xəbər verir ki, 52 yaşlı mütəxəssis 2029-cu ilə qədər birmingemlilərə rəhbərlik edəcək. Qeyd edək ki, ispaniyalı çalışdırıcı 2022-ci ildən "Aston Villa"da çalışır.

Onun komandası premyer-liqanın son mövsümündə 4-cü yeri tutaraq tarixində ilk dəfə Çempionlar Liqasında iştirak hüququ qazanıb.