Buna baxmayaraq, məğlubiyyətdən yaxa qurtara bilmədi. Belədə 2023/34 mövsümü üçün rəhbərlik tərəfindən qarşıya qoyulmuş ilk “altılığ”a düşmək vəzifəsi də yerinə yetirilmədi. Oyunu izləməyə gələn “Dənizçilər” azarkeş qrupu sona qədər komandaya dəstək verdi. Həm bu məqam, həm də növbəti mövsümlə bağlı gözləntilərini öyrənmək üçün fanklubun rəhbəri Atif Rüstəmliyə danışdıq:
“Sonuncu matçda komanda yaxşı döyüşdü. İlk gündən belə oynasaydılar, yəqin biz də Avropaya gedərdik. Növbəti mövsüm üçün Allah Kərimdi. “Səbail” udsa da, uduzsa da, həmişə yanındayıq. Sadəcə, bir oyunda futbolçulara görə stadiona getmədik. Rəhbərlik komanda üçün əlindən gələn hər şeyi etdi, sadəcə, oyunçularımız isə qeyri-ciddi yanaşdı. İnşallah, futbolçular bundan sonra hər şeyi dərk edər və növbəti mövsüm daha yaxşı olar”.
KAMAL SƏFƏR





