• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Beşiktaş” uğursuz mövsümü titulla tamamladı - Əl-Musrati günahını yudu

Dünya futbolu

26-05-2024, 11:0

Srağagün Türkiyə kubokunda 62-ci mövsümə yekun vuruldu.

“Football-plus.az” xəbər verir ki, “Atatürk Olimpiya”da keçirilən həlledici oyunda “Beşiktaş”la “Trabzonspor” üz-üzə gəldi. Gözlənildiyi kimi, fanatlar oyuna böyük maraq göstərdi. Final üçün 60 mindən çox bilet satılmışdı.

Bu komandaların cari mövsümdə superliqadakı qarşılaşmalarında meydan sahibi statusunda olanlar qələbəyə sevinmişdi. İstanbulda “Beşiktaş” 2:0, Trabzonda “Trabzonspor” 3:0 üstün olmuşdu. Maraqlıdı ki, finalda nominal meydan sahibi sayılan komanda yenə qalib gəldi. Hərçənd oyun “Beşiktaş” üçün uğurlu başlamadı. Onuaçu 13-cü dəqiqədə topu təxminən 50 metr daşıdıqdan və gözəl hərəkətlə Nəcipdən sıyrıldıqdan sonra baxımlı qol vurdu. İstanbul nəhəngi buraxılan qoldan sonra fəallaşdı. Uğurcan Çakır bir neçə epizodda qapısında xarüqələr yaratsa da, ilk yarının son anlarında penaltini dəf edə bilmədi. Bardinin əllə oyununa görə təyin olunan penaltini təcrübəli Gezzal dəqiq yerinə yetirdi. İkinci hissə də qola başladı. Mulekanın gözəl ötürməsindənm sonra Slih Uçan baş zərbəsi ilə “ağ-qaralar”ı ilk dəfə hesabda önə keçirdi. Bu qoldan sonra temp artdı və qapılar önündə təhlükəli vəziyyətlər bir-birini əvəz etməyə başladı. Bir dəqiqə ərzində əvvəlcə Onuaçu inanılmaz fürsəti boşa verdisə, cavab hücumunda Gezzalın zərbəsi tirə tuş gəldi. Çox keçmədən Visçanın zərbəsindən sonra da “Beşiktaş”ı Mərt və tir xilas etdi. Son anlarda bütün komanda ilə irəli atılan “Trabzonspor” istəyinə çatdı. Künc zərbəsi zamanı qapıçı Mərt Menyenin baş zərbəsini dəf etsə də, arxa dirəkdə dayanmış Pepe bir toxunuşla topu qapıya göndərdi. Hər kəs əlavə vaxta hazırlaşarkən “Beşiktaş” fanatlarını ayağa qaldırdı. Əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə bərabərlik qolunun müəllifi Pepe topu istədiyi kimi uzaqlaşdıra bilmədi. Əl-Musrati isə qarşısına düşən topu yerlə sərt zərbə ilə tora göndərdi. Buna qədər “Qalatasaray”la derbidə avtoqol müəllifi olan, “Fənərbaxça” ilə derbidə isə erkən qırmızı vərəqə almaqla komandasını pis vəziyyətdə qoyan Əl-Musrati bu qolla bir növ günahını yuyaraq əvvəlki uğursuzluqlarını unutdurdu. Beləliklə, bu cür uğursuz mövsümü titulla başa vurmağı bacaran “Beşiktaş” kubokun qalibi kimi 1,5 milyon dollar, finalda uduzan “Trabzonspor” 900 min dollar qazandı. “Qartal” gələn mövsüm Avropa Liqasında oynamaq haqqı qazandı və mübarizəyə təsnifatın pley-offundan başlayacaq. Superliqada mövsümü 3-cü pillədə tamamlamağı rəsmiləşdirən “Trabzonspor” da AL-də oynayacaq və mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq.

final
Beşiktaş – Trabzonspor 3:2
Gezzal, 45+3-p. Salih Uçan, 54. Əl-Musrati, 90+4 – Onuaçu, 14. Pepe, 89.
Beşiktaş: Mərt Günok, Svensson, Nəcip Uysal (Uorrall, 90+6), Kolli, Masuaku, Əl-Musrati, Salih Uçan, Fernandeş, Gezzal (Raşitsa, 64), Muçi (Semih Kılıçsoy, 90+6), Muleka (Abubakar, 75).
Trabzonspor: Uğurcan Çakır, Menye, Mendi, Densvil, Ərən Elmalı, Umut Günəş (Umut Bozok, 83), Berat Özdəmir (Pepe, 68), Visça, Bardi, Funtas (Trezeqe, 56), Onuaçu.

Faktlar
* “Beşiktaş” tarixində 17-ci dəfə kubokun finalında oynadı və 11-ci dəfə turnirin qalibi oldu. İstanbul nəhəngi daha öncə kuboku 1975, 1989, 1990, 1994, 1998, 2006, 2007, 2009, 2011 və 2021-ci illərdə qazanmışdı. “Qartal” bu göstəricidə yalnız “Qalatasaray”dan (23 final, 18 qələbə) geri qalır.
* “Trabzonspor” tarixində 16-cı dəfə kubokun finalında oynadı və 7-ci dəfə məğlubiyyətlə üzləşdi. Komanda bu turniri sonuncu dəfə 2020-də qazanıb.
* Bu komandalar 5-ci dəfə kubokun finalında rəqib oldular. Daha öncə “Beşiktaş”la “Trabzonspor” 1975, 1977, 1984 və 1990-da həlledici görüşdə üz-üzə gəlmişdilər. 1975 və 1990-da “Beşiktaş”, 1977 və 1984-də “Trabzonspor” üstün olmuşdu.
* Sərdar Topraktəpə “Beşiktaş” tarixində Tayfur Havutçu və Sərgən Yalçından sonra həm futbolçu, həm də məşqçi kimi titul qazanan 3-cü isim oldu. 47 yaşlı Topraktəpə “Beşiktaş”da iki fərqli dönəmdə (1994-99, 2002-04) top qovub. O, futbolçu kimi İstanbul nəhəngi ilə 2 çempionluq (1995, 2003), 1 ölkə kuboku (1998) və 2 ölkə superkuboku (1998, 2000) qazanıb.
* “Trabzonspor”un “Atatürk Olimpiya” stadionu ilə bağlı uğurlu seriyası başa çatdı. Komanda burda keçirdiyi 6-cı finalda ilk dəfə uduzdu. Trabzonlular bu arenada daha öncə 3 dəfə superkuboku, 2 dəfə kuboku qazanmışdılar.
* Abdulla Avcı yenə ölkə kubokunu qazana bilmədi. O daha öncə “İstanbul BŞ”nin başında iki dəfə (2011, 2017) finalda məğlubiyyətlə barışmalı olmuşdu. Göründüyü kimi, 3-cü final da onun üçün uğursuz alındı. Avcı indiyə qədər “Trabzonspor”la bir çempionluq (2022) və iki superkubok (2020, 2022) qazanıb.

Oyundan sonra
Sərdar Topraktəpə, “Beşiktaş”ın müvəqqəti məşqçisi: “Allaha şükürlər olsun ki, “Beşiktaş”da həm futboçu, həm də məşqçi kimi titul qazanmaq mənə qismət oldu. Final bir oyundan ibarətdi. Belə oyunlar həmişə çətin olur. Futbolçularımla həqiqətən də qürur duydum. Çünki nə tapşırmışdımsa, hamısını yerinə yetirdilər. Hətta məğlub durumda olduqda belə. Bu mövsüm, bildiyiniz kimi, bir çox çətinliklərlə üzləşdik. Zədələr bizdən əl çəkmədi. Amma futbolda belə şeylər olur. Mən heç vaxt oyunçularıma şübhə etməmişəm. Hər biri yüksək səviyyəli futbolçudu. Hamısı ilə münasibətlərim çox yaxşıdı. Bunun sayəsində də qarşıya qoyulan hədəfə çatdıq. Mən “Beşiktaş”ın bütün yaş qruplarından ibarət komandalarını çalışdırmışam. Biz hər zaman bu camiənin içindəyik. Etimad göstərildiyi zaman əlimizdən gələni edirik. Fanatlarımız yenə də ən xoş sözlərə layiqdi. Son saniyəyə qədər bizi dəstəklədilər. Hamısına ürəkdən təşəkkür edirəm”.
Abdulla Avcı, “Trabzonspor”un baş məşqçisi: “Oyunun əvvəlləri bərabər səviyyədə keçdi. Sonra biz bir andaca hesabda önə keçdik. Amma qoldan sonra üstünlük tədricən “Beşiktaş”ın tərəfinə keçdi. Lazımi müdaxilələr etməkdə gecikirdik. Onlara rahat hücumlar qurmağa imkan verirdik. Bəlkə də fasiləyə öndə yollansaydıq, ikinci yarı daha fərqli keçərdi. İkinci yarının əvvəllərində hesabda geri düşəndən sonra bir çox qol fürsəti yaxaladıq. Son anlarda üstünlüyü ələ alaraq hesabı 2:2 etdik. Amma topu kor-koranə uzaqlaşdırmağa başladıq. Bu da bizə baha başa gəldi. Uduzduğumuz üçün üzgünük. Fanatlarımız bizi dəstəkləməyə gəlmişdi. Təəssüf ki, onları sevindirə bilmədik. Amma gözəl və nümunəvi bir final oldu. Festival ab-havasında keçdi. Bu cür finalları oynamaq asan deyil. Belə oyunlar böyük təcrübə tələb edir”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-05-2024, 18:0

Türkiyə kubokunun finalı harda keçiriləcək?

Dünya futbolu

4-03-2024, 19:0

“Qalatasaray”ın kubok həsrəti 5 mövsümə yüksəldi

Dünya futbolu

8-05-2022, 22:0

İstanbul derbisində qalıb müəyyənləşmədi

Dünya futbolu

25-04-2024, 23:0

“Beşiktaş” paytaxtdan bərabərliklə qayıtdı

Dünya futbolu

9-08-2023, 20:0

Türkiyə çempionatı - 2023/24 mövsümünün təqvimi

Aktual
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Masazırdakı dava ətrafında söz-söhbət böyüyür - "Orhus" "Sabah"ın bəyanatını təkzib etdi!
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
Son xəbərlər
  • Bu gün, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Bu gün, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Bu gün, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Bu gün, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Bu gün, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Bu gün, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Bu gün, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Bu gün, 13:56
    Premyer-liqada yeni mövsüm başlayır! - "Turan Tovuz" "Qəbələ"yə qarşı
  • Bu gün, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Bu gün, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
  • Bu gün, 13:38
    "Baku Sportinq" 2-ci liqanın debütantına uduzdu
  • Bu gün, 13:35
    "Sumqayıt" Ronaldo ilə yeni müqavilə imzaladı
  • Bu gün, 13:29
    “Qarabağ”ın qələbəsi UEFA əmsalımızı artırdı
  • Bu gün, 13:24
    "Sabah" ABŞ-dən oyunçu transfer etdi
  • Bu gün, 13:22
    “Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
  • Bu gün, 13:13
    “Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
  • Bu gün, 13:11
    “Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
  • Bu gün, 12:59
    ''Fənərbaxça'' bu qapıçı ilə birdəfəlik sağollaşdı
  • Bu gün, 12:40
    "Neftçi" və "Zirə" qalib gəldi - "Sabahın Ulduzları"
  • Bu gün, 12:36
    Üç boksçumuz qələbə qazandı - AÇ
  • Bu gün, 12:16
    “Müəyyən təkliflər, müəyyən planlar var” - Rüstəm Məmmədov yeni baş məşqçiyə uğur arzuladı
  • Bu gün, 11:55
    ''Fənərbaxça'' braziliyalı futbolçu ilə vidalaşdı
  • Bu gün, 11:40
    "Kəpəz" Nicatla yeni müqavilə imzaladı
  • Bu gün, 11:38
    "Tvente" - "Qarabağ" matçının başlama saatı açıqlandı
  • Bu gün, 11:33
    "Kəpəz"in hücumçusu "Zaqatala"ya keçdi
  • Bu gün, 11:31
    Millimiz Bosniya və Herseqovina ilə qarşılaşacaq
  • Bu gün, 11:28
    “Tam əla səviyyəyə çatmaq üçün iki oyunçuya ehtiyacımız var” - Tahir Gözəl
  • Bu gün, 11:27
    Masazırdakı dava ətrafında söz-söhbət böyüyür - "Orhus" "Sabah"ın bəyanatını təkzib etdi!
  • Bu gün, 11:23
    Yenidən Londonda qərar tutdu
  • Bu gün, 10:52
    İspaniyada klubunu dəyişdi
  • Bu gün, 10:00
    Dortmunddan Komoya yollandı
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
Daha çox
Oxunub: 336
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 133
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə