Klubu ilə yenidən anlaşmağa yaxındı

25.05.2024 17:03 154
Dünya futbolu
Lautaro Martines böyük ehtimalla növbəti mövsümə də “İnter”də başlayacaq.

O, klubu ilə anlaşmağa yaxındı. Argentinalı hücumçu yeni müqavilə üzrə aparılan danışıqlar haqda belə açıqlama verib:
“Klubla yeni uzunmüddətli müqavilə bağlamağa yaxınıq. Bir sıra detalları razılaşdırmaq qalır. Bu məsələlərin həftəsonuna qədər həll olunmasını istərdim. Yekun anlaşmanın necə olacağını deyə bilmərəm, amma hazırkı məqamda ciddi problem yoxdu”.