• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Koçla Yıldırımın idarə heyəti bəlli oldu - NİK derbidəki qalmaqalla bağlı cəzaları açıqladı

Dünya futbolu

25-05-2024, 16:0

“Fənərbaxça” camiəsinin seçkiyə hazırlaşdığını xəbər vermişdik.

Mayın 23-ü namizədliyin irəli sürülməsi üçün son tarix idi. Beləliklə, gözlənildiyi kimi, Əli Koçla Əziz Yıldırımdan başqa namizədliyini irəli sürən olmadı. Mayın 23-də hər iki namizədin idarə heyətində yer alan isimlər bəlli oldu. Koç həmin gün mətbuat konfransı keçirərək həm diqqətçəkən açıqlamalar verdi, həm də idarə heyətini açıqladı. Yeni idarə heyətində yeni isimlərdən ən çox diqqəti çəkəni, sözsüz, Acun Ilıcalıdı. Zatən srağagünkü mətbuat konfransına Koç Ilıcalı ilə birlikdə gəlmişdi. Məşhur şoumendən başqa idarə heyətində yeni isimlərdən Alpər Alpoğlu, Cenk Özatanık, Ərən Dişli, Ərgün Özən, Hakan Safi, Hamdi Akın, Hulusi Belgü, Hüseyn Bozkurt, Nedim Keçeli və Rıfat Perahyanı qeyd etmək olar.

Ərən Dişli daha öncə Əziz Yıldırımın rəhbərliyində yer almış Davud Dişlinin oğludu. O, bir müddət öncə tanınmış türkiyəli voleybolçu Zəhra Günəşlə eşq macərası yaşaması ilə diqqət mərkəzinə düşmüşdü. Əvvəlki idarə heyətində yer alan tanınmış simalardan Səlahəttin Baki, İlkər Dinçay, Ömər Okan və Can Gebetaş yeni rəhbərlikdə təmsil olunmayacaq. Əziz Yıldırımın açıqladağı idarə heyətində də yetərincə maraqlı simalar var. Onlardan biri Ömər Onandı.

Türkiyə basketbolunun tanınmış simalarından sayılan Onan hazırda Türkiyə Basketbol Federasiyasının başqan vəkili vəzifəsini icra edir. Onandan başqa siyahıda Mahmut Uslu, İlhan Ekşioğlu, Səlim Kosif, tanınmış siyasətçi Besim Tibukun qızı Hande Tibuk, Ülkər ailəsinin üzvü, gənc iş adamı Ahmet Özükuru qeyd etmək olar. Uslu, Ekşioğlu və Kosif zatən “Fənər” fanatlarına gözəl tanışdı. Onlar Əziz Yıldırım son dönəmində də klubda yönətici kimi çalışırdılar. Bu arada Yıldırımın son açıqlaması diqqət çəkib. O, “Fənərbaxça” həftəsonu çempion olacağı təqdridə prezidentliyə namizədliyini geri çəkəcəyini bildirib!

Bu arada Türkiyə Futbol Federasiyasının nəzdində fəaliyyət göstərən Nizam-İntizam Komitəsi son derbidə yaşanan qalmaqalla bağlı cəzaları açıqlayıb. Ötən sayımızda İstanbul valiliyinin “Qalatasaray” - “Fənərbaxça” derbisinin ardından yaşanan olaylarla bağlı araşdırmaya başladığını, eləcə də ümumilikdə 7 ismin NİK-ə sövq edildiyini xəbər vermişdik. Beləliklə, Əli Koça 90 gün və 780 min lirə para cəzası verilib! Amma bu cəza ona oyundan 1 saat sonra “Rams Park”a gələrək dava-dalaş saldığına görə yox, matçdan sonra klubun rəsmi “yutub” səhifəsinə qalmaqallı açıqlamaları üzündən verilib. Yönətici Səahəttin Bakiyə 32 gün, futbolçulardan Mərt Hakan Yandaşa 5, İrfan Can Eğribayata 3, Ceyden Oostervoldeyə 1 oyunluq cəzalar verilib! Ən sərt cəza ilə Əmrə Kartal üzləşib. Baş məşqçi İsmayıl Kartalın oğlu birilliyə səlahiyyətlərini icra etməkdən məhrum olunub! “Qalatasaray”ın məşqçilər korpusunda yer alan təhlilçi Sərhat Doğana isə 1 oyunluq cəza verilib.

Onu da bildirək ki, dünən “Fənər”in baş həkimi Ərtuğrul Karanlık, sabiq yönəticisi - Əli Koçun yeni idarə heyətində yer alan Hulusi Belgü, eləcə də Əmrə Kartal İstanbul Ədalət Sarayına gələrək derbidən sonra yaşanan olaylarla bağlı ifadə verdilər. Onlar yalnız 4 saat sonra, üstəlik jurnalistlərə yaxalanmamaq üçün gizli qapıdan çıxaraq ərazini tərk etdilər. Onların hər üçünün ölkəni tərk etməsinə qadağa qoyuldu!

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-05-2024, 18:0

Koç namizəd oldu, Saran geri çəkildi

Dünya futbolu

19-05-2024, 13:0

Acun Əli Koçun təklifini qəbul etdi

Dünya futbolu

29-06-2023, 18:0

Əziz Yıldırımdan Əli Koça sərt sözlər

Dünya futbolu

30-10-2023, 23:0

“Antalyaspor”un yeni prezidenti bəlli oldu

Dünya futbolu

14-05-2024, 11:0

Saran prezidentliyə ilk namizəd oldu

Aktual / Ölkə futbolu

10-06-2023, 19:0

"Kəpəz"in yeni baş məşqçisi bəlli oldu

Aktual
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
“Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
Son xəbərlər
  • Bu gün, 21:00
    Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
  • Bu gün, 20:30
    "Neftçi" - "Dinamo-Minsk" matçının biletləri satışda
  • Bu gün, 20:00
    “Karvan-Yevlax”dan yeni transfer
  • Bu gün, 19:38
    "Payde" - "Zirə" oyunun hakimləri məlum oldu
  • Bu gün, 19:27
    Türkiyə yığmasının daha bir üzvü ''Yuventus''da!
  • Bu gün, 18:39
    "Hamımız çalışırıq ki, birlikdə liqa mərhələsinə gedək" - Yuri Vernidub
  • Bu gün, 17:36
    “Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
  • Bu gün, 17:15
    "Neftçi" - "Dinamo-Minsk" oyunu kiprlilərə tapşırıldı
  • Bu gün, 16:53
    "Qarabağ"ın ÇSKA ilə oyunlarının hakimləri bilindi
  • Bu gün, 16:31
    Millimiz rekorda imza atdı
  • Bu gün, 16:00
    Millimiz Avropa çempionatının pley-offunda
  • Bu gün, 15:32
    Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
  • Bu gün, 15:02
    Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı
  • Bu gün, 14:35
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 14:04
    “Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
  • Bu gün, 13:39
    "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi
  • Bu gün, 13:20
    “Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
  • Bu gün, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Bu gün, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Bu gün, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
Daha çox
Oxunub: 236
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 155
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə