• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Əziz Yıldırımdan Əli Koça sərt sözlər

Dünya futbolu

29-06-2023, 18:0

“Fənərbaxça”nın sabiq prezidenti, 20 ilə yaxın klubun başqanı vəzifəsini icra etmiş Əziz Yıldırım iyunun 23-də mətbuat konfransı keçirib.

"Football-plus.az" xəbər verir ki, əslində Yıldırım srağagün “Habertürk” kanalınını canlı yayınına çıxacaqdı. Amma aparıcı xəstələndiyindən veriliş baş tutmadı. Bu üzdən Yıldırım özü mətbuat konfransı keçirməli oldu. 2 saatdan çox davam edən toplantıda sabiq başqanın sözlərinin ən önəmli məqamları ilə sizi tanış edirik:

“5 il öncəki seçkidən sonra “Fənərbaxça” ilə bütün əlaqəmi kəsdim. Amma məni rahat bıraxmırsız. Həyatımın qalan hissəsini daha xoşbəxt yaşamaq, zamanımı ailəmə və işimə sərf etmək istəyirəm. 5 il öncə Əli Koça səs verən klub üzvləri niyə qeybə çəkilib? Niyə ortaya çıxıb bir açıqlama vermirlər? 5 il öncə verilən sözlərin heç biri yerinə yetirilməyib! Əli Koç “namizəd çıxsa, seçkilər keçirərəm” deyərək bütün gün bağırır. İçinizdən biri ortaya çıxmır. Əslində “Habertürk”ün canlı yayınına çıxacaqdım. Aparıcı Mehmet Akif xəstələndi. Guya yerinə birini tapa bilmədilər. “Fənərbaxça”nın bu rəhbərliyi 5 ildi çox zəif və gücsüzdü. Tək Əli Koçla bu iş getməyəcək. Mənim 20 illik dönəmimdə idarə heyətində güclü, nüfuzlu isimlər var idi. Maddi, mənəvi hər cür dəstək verirdilər. Məsləhətlərini əsirgəmirdilər. Mən olmadıqda klubun haqqını qoruya bilirdilər. Yeri gələndə başqaları ilə dava edirdilər. İndiki idarə heyətində belə isimlər yoxdu. Ona görə də Koça seçkiyə getməyi, yenidən insanların etimadını qazanmağı məsləhət görürəm. Bizim dönəmimizdə 1999-da “Pendikspor”a udduzduqdan, 2006-da son turda çempionluğu əldən verdikdən sonra növbədənkənar seçkiyə getdim. Rəhbərliyi dəyişdim. 2006-dakı seçkidə Əli bəy də idarə heyətinə daxil oldu. Belə şeylərdən qorxmamaq lazımdı. Əli bəy seçkidə səs qazansa, artıq ilin sonuna qədər heç kim ona heç nə deyə bilməyəcək. 2024-dəki seçkidə mütləq ortaya bir namizəd çıxmalıdı. “Fənərbaxça” heç vaxt başqansız qalmayıb və qalmayacaq da. Klubun 50 min rəsmi üzvü var. Onlardan ən azı 15 mininin namizəd olmağa haqqı çatır. Əli Koç “məndən başqa namizəd yoxdu” düşüncəsi ilə hərəkət etməklə səhvə yol verir. Bu camiə çox böyükdü. Onu təhdid etmək olmaz. Heç kim ortaya çıxmasa, mən namizəd olacam! Belə də bilin. Əli Koç “namizəd yoxdu” deməklə həm özünü, həm də “Fənərbaxça”nı kiçildir. FETÖ-çülərdən, “hoca”lardan kiminsə namizəd olduğunu görsəm, yenə də özüm namizəd olacam. Bu insanlara bu klubda yer yoxdu! Məni ən çox üzən məsələ özümdən sonra 612 milyon avroluq borc qoyub ayrılmağımla bağlı ortaya atılan yalan iddialardı. Namusu, şərəfi olan insan bunu dilinə gətirməz. Biz stadionu yenilədik, “Topuk yaylası” bazasını tikdik, “Fənərium” dükanlarını açdıq, basketbol salonunu tikdik. Mətbuat niyə bunları yazmır? Amma biri çıxıb ortaya 612 milyon deyən kimi ona inanıb yazırsız. Bundan sonra bu mövzuda kim yalan danışacaqsa, məhkəməyə verəcəm. Biz ayrılanda borc 420 milyon avro idi. Həmin il 90 milyon avroluq gəliri də nəzərə alsaq, olur 330 milyon avroluq borc. Mən bu vəzifəyə gələrkən klubun stadiondan illik cəmi 14 milyon dollar gəliri var idi. İndi stadionun gəliri 40 milyon dollardı. Mən stadionu yeniləməsəydim, nə olacaqdı? Eybi yox, qoy, klubun mal varlıqlarını satışa çıxarsınlar. Mən hamısını alacam. Klubun borcunu sıfırlayacam. “Fənər”in borc batağlığında üzməsinin günahkarı indiki rəhbərlikdi. Borcları ola-ola, gedib Samet Akaydını aldılar. Başqa transferlər də etdilər. “Yapı Kredi”dən götürülən 50 milyon dollar hardadı? Ümumiyyətlə, Əli Koç kluba nə qədər pul xərcləyib? Sponsorlardan nə qədər gəlir əldə olunub? Bunların hamısı açıqlanmalıdı. 5 il ərzində 80-dən çox oyunçu alınıb və 10-dan çox məşqçi dəyişdirilib. Sadəcə, biabırçılıqdı”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

25-03-2023, 11:0

Əziz Yıldırıma təzminat ödəniləcək!

Dünya futbolu

24-06-2022, 23:0

Klublar Birliyinin yeni sədri kim seçildi?

Dünya futbolu

11-06-2022, 18:0

TFF prezidentliyinə 9 namizəd ortaya çıxdı!

Aktual
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
“Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
Son xəbərlər
  • Bu gün, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Bu gün, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Bu gün, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Bu gün, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Bu gün, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Bu gün, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Bu gün, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Bu gün, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Bu gün, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • Dünən, 23:45
    Yığmamız İslandiyaya uduzdu
  • Dünən, 23:09
    "Sabah" "Orhus"a uduzdu - YENİLƏNİB
  • Dünən, 22:16
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 21:59
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • Dünən, 21:28
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • Dünən, 20:57
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • Dünən, 20:26
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • Dünən, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Dünən, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Dünən, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Dünən, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
  • Dünən, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Dünən, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Dünən, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Dünən, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Dünən, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Dünən, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Dünən, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Dünən, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Dünən, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Dünən, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Dünən, 13:17
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:46
    “Komandamla bağlı bəzi narahatlıqlar var” – Qurban Qurbanov
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 87
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə