Rafinya yayda klubunu dəyişə bilər.
“Football-plus.az” xəbər verir ki, “Barselona” rəhbərliyi Rafinyanı satmağı planlaşdırır. “Diario Sport”un məlumatına görə, klub braziliyalı vingerin transferi üçün təklifləri nəzərdən keçirir. Onun “Əl Hilal”a transfer olunmaq şansı var. Səudiyyə Ərəbistanı klubunun bonuslar da daxil olmaqla təxminən 100 milyon avro ödəməyə hazır olduğu iddia edilir.
“Barselona” rəhbərliyi artıq Rafinya ilə planlarını müzakirə edib. Futbolçu bilir ki, qalsa, yeni mövsümdə daha az oyun praktikasına malik olacaq.