“Bavariya” rəhbərliyi yeni baş məşqçi axtarışını davam etdirir.
Almaniya klubu Tomas Tuxelin yerinə əsas namizədi müəyyən edib. Son xəbərlərə görə, mövsümün sonunda postundan ayrılacaq mütəxəssisin yerini Roberto De Zerbinin tutmaq şansı çoxdu. İtalyan məşqçinin Münhenə yollanmaq üçün “Brayton”u tərk edəcəyi məlum olub.
İngiltərə klubu artıq apenninlinin klubdan ayrılacağı haqda məlumat yayıb.