“Bavariya” hansı məşqçi ilə danışıq aparır?

8.04.2024 20:20 163
Dünya futbolu
“Bavariya” Tomas Tuxelin yerinə yeni baş məşqçi axtarışını davam etdirir.

“Football-plus.az” xəbər verir ki, Almaniya klubunun rəhbərliyi artıq bir mütəxəssis ilə danışıq aparır. İdman direktoru Krsitof Froynd bu haqda jurnalistlərə belə deyib:
“Biz artıq namizədlərdən biri ilə danışqlara başlamışıq. Naqelsmann bir dəfə komandamızda işləyib. Bu, xüsusi vəziyyətdi. Mən Yuliana inanıram. Amma namizədlərin siyahısında etimad göstərdiyimiz digər mütəxəsslər də var”.