• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Atletiko” ÇL-ə vəsiqə qazandı, “Kadis” hələ də ümidini itirməyib - TURUN ŞƏRHİ

Dünya futbolu

19-05-2024, 23:0

La Liqada 36-cı turun oyunları mayın 14-16-sı aralığında keçirildi.

“Football-plus.az” xəbər verir ki, turun ilk üç oyununun icmalını qəzetimizin ötən sayında təqdim etmişdik. Qalan oyunlar da keçiriləndən sonra bəzi məsələlərə aydınlıq gəldi. Səfərdə “Real Sosyedad”a uduzan “Valensiya” avrokuboklara vəsiqə uğrunda mübarizədən çıxdı. Gələn tur “Vilyarreal”ın da iddiası bitə bilər. “Real Sosyedad”la “Betis” hansının Avropa Liqasına, hansının isə Konfrans Liqasına yollanacağını müəyyənləşdirməlidi. “Las-Palmas”la heç-heçə edən “Betis” şansını ciddi şəkildə pisləşdirdi. Əvəzində “Atletiko” Çempionlar Liqası ilə bağlı söhbəti qapadı. “Hindular” kiçik Madrid derbisində Qrizmannın het-triki sayəsində “Xetafe”ni darmadağın etdi. “Atletik” eksperimental heyətlə Viqoda “Selta”ya uduzdu.

Turnir cədvəlinin aşağı hissəsində də mübarizə gərginləşdi. “Sevilya” üzərində sensasiyalı qələbə qazanan “Kadis” Pamplonadan 1 xalla dönən “Malyorka”dan 4 xallıq məsafədə qərarlaşıb. Nəzəri cəhətdən elə vəziyyət yarana bilər ki, 38-ci turdan sonra 5 (!) komandanın 38 xalı olar. Belədə elitanı tərk edəcək sonuncu komandanı müəyyənləşdirmək əyləncəyə çevriləcək.

“Barselona” “Jirona”nın xal itirməsindən yararlanaraq 2-ci pillədəki mövqeyini möhkəmlətdi. Kataloniyalılar səfərdə “Almeriya”nın qapısından iki cavabsız top keçirdi. Əslində bu oyunda qolların sayı daha çox olmalıydı. Meydan sahibləri ilk yarıda qol vəziyyətlərini “sağa-sola xərclədi”. Qonaqların isə elə ilk tutarlı hücumunda hesab açıldı. Fortun asmasından sonra Fermin Lopes qapıçı xəttinin üzərindən başla dəqiq zərbə vurdu. Embarba ilk yarının sonunda topu dirəyə vurmaqla hesabı bərabərləşdirmək imkanını qaçırdı. 2-ci hissənin əvvəlində Ter Ştegenlə təkbətək çıxan Losano da 8-9 metrdən topu qapıdan aralı vurdu. 67-ci dəqiqədə daha bir qol vuran Lopes oyunun taleyini həll etdi.

36-cı tur
Almeriya – Barselona 0:2
Lopes, 14; 67. (15543)
Barselona: Ter Ştegen, Fort (Kanselo, 73), Martines, Kubarsi, Kunde, Lopes, Roberto (Kristensen, 69), Pedri (Romeo, 83), Torres (Roke, 73), Yamal, Levandovski (Feliş, 69).
Xetafe – Atletiko 0:3
Qrizmann, 27; 45; 51. (13027)
Atletiko: Oblak, Lino (Saul, 76), Ermoso, Vitsel, Ximenes, Lyorente (Mandava, 87), Barrios (Aspilikueta, 46), Koke, De Paul, Qrizmann (Depay, 87), Korrea (Rikelme, 67).
Real Sosyedad – Valensiya 1:0
A.Silva, 3. (25067)
Selta – Atletik 2:1
Svedberq, 68. Alvares, 71 - Berenger, 23. (21301)
Las-Palmas – Betis 2:2
Suares, 28. Moleyro, 64 – Marmol, 21-öz qapısına. Peres, 49. (22606)
Rayo Valyekano – Qranada 2:1
Lejen, 23. De Frutos, 80 – Boye, 89. (12738)
Sevilya – Kadis 0:1
Qvardiola, 90+6. (35805)
Turun ilk üç oyunu çərşənbə axşamı keçirilib: Real – Alaves 5:0 (68954), Jirona – Vilyarreal 0:1 (11440), Osasuna – Malyorka 1:1 (17852).
1. Real 36 29 6 1 83-22 93
2. Barselona 36 24 7 5 74-43 79
3. Jirona 36 23 6 7 75-45 75
4. Atletiko 36 23 4 9 67-39 73
5. Atletik 36 17 11 8 58-37 62
6. Real Sosyedad 36 15 12 9 49-37 57
7. Betis 36 14 14 8 48-43 56
8. Vilyarreal 36 14 9 13 60-60 51
9. Valensiya 36 13 9 14 37-40 48
10. Xetafe 36 10 13 13 41-51 43
11. Alaves 36 11 9 16 34-45 42
12. Sevilya 36 10 11 15 47-50 41
13. Osasuna 36 11 8 17 40-54 41
14. Las-Palmas 36 10 8 18 32-46 38
15. Rayo Valyekano 36 8 14 14 29-44 38
16. Selta 36 9 10 17 42-54 37
17. Malyorka 36 7 15 14 29-41 36
18. Kadis 36 6 14 16 25-49 32
19. Qranada 36 4 9 23 37-70 21
20. Almeriya 36 2 11 23 35-72 17
Bombardirlər: Dovbik (Jirona) – 20, Sörlot (Vilyarreal), Bellingem (Real) - 19, Levandovski (Barselona) - 17, Budimir (Osasuna), Qrizmann (Atletiko) – 16.

Turun rəqəmi
100 – Xavi Ernandes La Liqada “Barselona”nın “sükanı arxasında” olduğu oyunların sayını bu həddə çatdırdı. O, 2021-ci ildən kataloniyalılara rəhbərlik edir. Xavi komandanı çempionatda ən azı 100 oyuna çıxaran 9-cu məşqçidi. Bu göstəricidə rekord Yohan Kroyffa məxsusdu (300). “Barsa” Xavinin rəhbərliyi altında keçirdiyi 100 oyunun 69-da qalib gəlib, 16-da heç-heçə edib, 15-də uduzub, topların fərqi 193:86-dı. Yalnız Pep Qvardiola (79) və Luis Enrike (75) ilk 100 çempionat oyununda Xavidən daha çox qələbə qazanıb.

Turun ulduzu
Antuan Qrizmann (Atletiko) – bu ada tam layiqdi. “Hindular”ın forvardı səfərdə inadkar “Xetafe”nin qapısından üç top keçirdi. Özü də qollardan heç birini penaltidən vurmadı. Qrizmann tərifi haqq etdi!

Turun sitatı
Vinisius Junior, “Real”ın forvardı:

“Real”ın formasını daşımaq və azarkeşlər üçün oynamaq imkanı həmişə xoşuma gəlir. Bu klubda oynamaq uşaqlıq arzum idi. Bugünkü inamlı qələbəyə baxmayaraq, anlayırıq ki, mövsümün ən vacib oyunu hələ irəlidədi. Bu, titula doğru sonuncu addımdı”.


Faktlar
* Vinisius “Alaves”lə oyunda unikal göstəriciyə nail oldu. Braziliyalı forvard rəqibin cərimə meydançasında topa 27 dəfə toxundu ki, bu da La Liqada son 8 ilin ən yaxşı nəticəsidi. Luis Suares “Barselona”nın heyətində 2017-ci ildə iki dəfə - “Deportivo” və “Valensiya” ilə oyunlarda 21 dəfə topa toxunmuşdu.
* “Atletiko” Dieqo Simeonenin “sükan arxasında” olduğu bütün tam mövsümlərdə ÇL-ə vəsiqə qazanıb. Komanda bu mövsüm də 4-cü yerdən aşağı düşməyəcək. “Atletiko” Simeonenin dönəmində bütün tam mövsümlərdə - ardıcıl 12 ildi qitənin ən nüfuzlu klub turnirinə vəsiqə qazanır. Xatırladaq ki, argentinalı bu komandanı 2011-ci il dekabrın 23-dən bəri çalışdırır.
* “Barselona”da 411-ci oyununu keçirən Ter Ştegen qapıçılar arasında bu göstəricidə Andoni Subisarretanı (410) arxada qoymaqla 2-ci pilləyə yüksəldi. Almaniyalı qapıçı yalnız 2002-14-cü illər aralığında 535 oyun keçirən Viktor Valdesdən geri qalır. Bundan başqa, “Barsa”nın əcnəbi oyunçularından yalnız Lionel Messi (778) oyun sayında Ter Ştegendən öndədi.

Reaksiya
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi:
“Rəqibin aşkar qol imkanları, dirək, daha iki epizodu oldu. Düşünürəm ki, bizdə iddia çatmadı. Dominantlıq edirdik, rahat görünürdük, 2-ci qolu daha tez vura bilərdik. İnamlı qələbə bizi minimum hədəfə - 2-ci yeri tutmağa bir addım da yaxınlaşdırdı. Fermin iki il əvvəldən xoşuma gəlir. Görürəm ki, daha da yetkinləşib. O, çox illər ərzində əsas heyət oyunçusu olacaq. İndi həm mənim, həm də futbolçular üçün çətindi. Titullar qazanmaq, onlar uğrunda mübarizə aparmaq istəyirik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

10-01-2024, 19:0

“Jirona” “Atletiko”nu da cəzalandırdı

Dünya futbolu

15-11-2023, 22:0

“Real” darmadağın etdi, qalan liderlər də qələbə qazandı – TURUN ŞƏRHİ

Dünya futbolu

30-04-2024, 16:0

“Real” eksperimental heyətlə də rəqib tanımır - TURUN İCMALI

Dünya futbolu

22-08-2022, 09:0

"Barselona"dan darmadağın, "Atletiko" uduzdu

Dünya futbolu

11-12-2023, 21:0

“Almeriya” və “Kadis” dayandı, elitanın daha 10 klubu növbəti mərhələyə adladı

Aktual
İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
“Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
“Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
“Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
Son xəbərlər
  • Dünən, 23:59
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
  • Dünən, 23:39
    Tanınmış italiyalı məşqçi ''Fənərbaxça''nın başına keçə bilər
  • Dünən, 23:01
    "Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik" - Tahir Gözəl
  • Dünən, 22:52
    Merih Dəmiral məmləkətində kafe açdı - Şəhid ailələri üçün pulsuz xidmət olacaq...
  • Dünən, 22:31
    ''Qalatasaray'' 3 futbolçu ilə bağlı qərarını verdi, İkardinin taleyi bu həftə bəlli olacaq
  • Dünən, 21:55
    Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
  • Dünən, 21:50
    “Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
  • Dünən, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
  • Dünən, 20:26
    Yenidən “Mançester Siti”də işləyəcək
  • Dünən, 20:09
    Marseldən Milana qayıdacaq
  • Dünən, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Dünən, 19:08
    La Liqada yeni rekord
  • Dünən, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Dünən, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Dünən, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Dünən, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Dünən, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Dünən, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Dünən, 15:49
    “Barselona”dan daha bir rekord
  • Dünən, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Dünən, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Dünən, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Dünən, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Dünən, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Dünən, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Dünən, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Dünən, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Dünən, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Dünən, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Dünən, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
  • 18-05-2026, 23:0
    “Şəfa”ya kubok nə vaxt təqdim olunacaq?
  • 18-05-2026, 23:0
    "Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
  • 18-05-2026, 22:0
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • 18-05-2026, 21:0
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 234
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə