Bir həftə ərzində 32 müdaxilə cəhdi!

17.05.2024 14:40 153
İdman
Fransanın daxili işlər naziri Jerald Darmanen sosial şəbəkə hesabında polisin bir həftə ərzində olimpiya məşəlinin estafetinə müdaxilə ilə bağlı 32 cəhdin qarşısını aldığını yazıb:

“Daxili İşlər Nazirliyinin əməkdaşlarının hazırlığı və yüksək sayıqlığı sayəsində alov estafeti ilə bağlı olimpiya tədbirlərinin fasiləsiz təşkilini pozmağa yönəlmiş 32, olimpiya məşəlinə yaxınlaşmaqla bağlı 2 cəhdin qarşısını almaq mümkün olub. 20 pilotsuz uçuş aparatı neytrallaşdırılıb”.

Xəbər verdiyimiz kimi, “Belem” yelkənliyi gəmisində olan olimpiya məşəli aprelin 27-də Fransaya yola salınıb. Məşəl Marselə mayın 8-də çatıb, onu şəhərin limanında 150 min adam qarşılayıb. Fransa ərazisində 68 gün davam edəcək estafet iyulun 26-da Paris Olimpiadasının açılış mərasimində olimpiya məşəlinin yandırılmasıyla başa çatacaq.