FİFA-nın baş katibi müəyyənləşdi

16.05.2024 18:20
Aktual
FİFA-da yeni baş katibin təyinatı rəsmiləşib.

“Football-plus.az” xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

Baş katib vəzifəsi Mattias Qrafströmana həvalə olunub. O, 2023-cü ilin oktyabrında FİFA-nın müvəqqəti baş katibi vəzifəsində çalışıb. Xatırladaq ki, bu postu ondan əvvəl Fatma Samura tutub.