1-ci liqada keçiriləcək “Qaradağ Lökbatan” – “Şamaxı” oyununda VAR sistemindən istifadə olunacaq.
"Footbazll-plus.az" xəbər verir ki, çempionluq yolunda böyük əhəmiyyət kəsb edən qarşılaşma mayın 16-da, saat 17.00-da başlayacaq.
Qeyd edək ki, sona iki tur qalmış “Qaradağ Lökbatan” 53 xalla liderdi. Rəqibindən iki xal az toplayan qonaqlar ikinci pillədə qərarlaşıb.