Çempionatın bitməsinə üç tur qalmış üç komanda elitaya vəsiqə uğrunda mübarizə aparır. “Qaradağ Lökbatan”la “İmişli”nin bu siyahıda olması matçın gərgin keçəcəyini əvvəlcədən xəbər verir. Onu da qeyd edək ki, oyundan əvvəl konsert proqramı təşkil olunacaq, oyundan sonra isə uduşlu oyun keçiriləcək və 9 qalibə hədiyyə təqdim olunacaq.
Bu təşəbbüsün müəllifi kimdi? Nə vaxt belə layihə planlamağı qərara aldız? Bu sualları “İmişli”nin İdarə heyyətinin rəhbəri Aqşin Mürsəlova ünvanladıq:
“Konserti əvvəlcədən planlaşdırmışdıq. Sonuncu ev oyunudu və çempionatın lideri “Qaradağ Lökbatan”la qarşılacağıq. Çempion olmaq uğrunda mübarizə gedir. Bizim də şansımız az da olsa, var. Amma “Qaradağ Lökbatan”ın şansı daha yüksəkdi. Sonuncu ev oyununa görə azarkeşlərə hədiyyə etmək istədik. Həm də azarkeşlərimizin gücünü görək, yəni nə qədər adam bizi dəstəkləyir. Bu layihənin müəllifi “İmişli” ailəsidi. Az sayda olan əməkdaşlarla istəyirik ki, əl-ələ verib, bu işi yüksək səviyyədə yerinə yetirək”.
ƏSƏD SEYİDOV






