“Qarabağ” “Neftçi”nin rekordunu təkrarladı

2.10.2023 16:29 214
Premyer-liqa
“Qarabağ” ölkə çempionatlarında 138-ci böyükhesablı qələbəsini qazanaraq, “Neftçi”nin rekordunu təkrarlayıb.

“Football-plus.az” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, premyer-liqanın 8-ci turunda “Sumqayıt”la görüşə təsadüf edib.

Ağdam təmsilçisi rəqibini 5:0 hesabı ilə üstələyərək, 138-ci böyükhesablı qalibiyyətini əldə edib.

“Qarabağ” həm də öz meydanında qazanılan belə qələbələrin sayında “Neftçi”yə çatıb. Hər iki komanda evdə 89 dəfə 3 və ya daha çox top fərqi ilə qalib gəlib.

Qeyd edək ki, ağdamlılar ölkə çempionatlarında ilk böyükhesablı qələbələrini 1992-ci il mayın 6-da Kürdəmir “Şirvan”ı ilə qarşılaşmada əldə ediblər – 6:0.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul