Misli premyer-liqasının 30-cu turunda "Neftçi" "Araz-Naxçıvan"la qarşılaşacaq.
"Football-plus.az" xəbər verir ki, oyundan əvvəl "ağ-qaralar"ın zədəli futbolçularının son durumu müəyyənləşib. Bunu klubun mətbuat xidməti açıqlayıb.
Bərpa prosesi keçən Emil Balayevlə yanaşı kəskin respirator virus infeksiyası diaqnozu ilə müalicə alan Ömər Buludov bu matçı buraxmalı olacaq. Dizindəki ağrılarla bağlı müalicəsi davam edən Aqil Məmmədov və fərdi olaraq hazırlıq keçən Ataa Caber də “Araz-Naxçıvan”la matçda meydanda ola bilməyəcək.