"Football-plus.az" xəbər verir ki, bu barədə "ağ-qaralar"ın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlama verib.
Onun sözlərinə görə, hələ də zədəsini sağaltmayan Rəhman Hacıyevin müalicəsi davam edir və futbolçu fərdi hərəkətlərlə kifayətlənir:
"Ömər Buludov və Eddi İsrafilov komanda ilə məşqlərə qoşulublar. Qapıçı Emil Balayevin isə bərpa prosesi davam edir".
Qeyd edək ki, "Neftçi" bu gün 6-cı turda "Araz-Naxçıvan"la üz-üzə gələcək. Qarşılaşma saat 18.00-da start götürəcək.






