Bu gün keçirilən oyunlarla Misli premyer-liqasında 29-cu tura yekun vurulub.
Oyunlar “CBC Sport”un efirində canlı yayınlanıb.
Misli premyer-liqası
4-cü dövrə, 29-cu tur
7 aprel
Zirə – Qəbələ 4:0
Rəhim Sadıxov, 4, Rafael Utziq, 25, Ceyhun Nuriyev, 27, Fuad Bayramov, 57
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 17:+6=6-5, 18:21.
2015/16 – 1:0, 0:3; 2016/17 – 0:2, 2:2; 2017/18 – 2:1, 1:1; 2018/19 – 1:0, 1:1; 2019/20 – 1:1, 1:2; 2020/21 – 2:0, 0:0; 2021/22 – 1:2, 0:3; 2022/23 – 2:1, 2:2; 2023/24 – 1:0.
Cəzalı: Ahmed Ayzaya (Qəbələ).
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Eyyub İbrahimov, Teymur Teymurov, Cavid Cəlilov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zirə. İdman Kompleksinin stadionu. Saat 16.30.
“Zirə” uğurlu mövsüm keçirməkdədi. Yolu olduğu kimi sona çatdırmaq vacibdisə, büdrəmək “qartallar”a baha başa gələ bilər. Bu üzdən Rəşad Sadıqov komandasını məhz qələbəyə kökləməli, futbolçular yerini qorumaq üçün bütün gücündən istifadə etməlidi. Artıq çoxunun etiraf etdiyi kimi, hər xal qızıl dəyərindədi. Odu ki, bunu gözardı etmək olmaz. “Qəbələ”nin ümidləri isə getdikcə tükənir. Sözügedən oyun uçuruma aparan yolda “u dönüşü” effekti verə bilər. Kaxaber Sxadadzenin kollektivi oyunun əhəmiyyətini və qələbədən başqa istənilən nəticənin böyük itki olacağını dərk etməlidi.
Statistika isə “qırmızı-qaralar”ın xeyrinədi. Komandalar indiyə qədər 34 oyunda üz-üzə gəlib. Bunların 7-də “qartallar”, 12-də “Qəbələ” qələbə qazanıb. Topların nisbətində bölgə təmsilçisi öndədi – 40:29.
Neftçi – Sumqayıt 1:1
Emin Mahmudov, 73 - Yuri Matias, 13 (ö.q.)
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 23:+11=6-6, 40:26.
2011/12 4:0, 8:1; 2013/14 – 0:0, 1:3; 2014/15 – 3:2, 2:2; 2015/16 – 2:1, 1:0; 2016/17 – 1:2, 1:0; 2017/18 – 2:1, 2:2; 2018/19 – 0:0, 2:3; 2019/20 – 2:1, 1:1; 2020/21 – 0:2, 0:2; 2021/22 – 0:0, 2:1; 2022/23 – 3:0, 2:0; 2023/24 – 1:2.
Cəzalılar: Dieqo Valdes (Neftçi), Oktavio Monteka, Murata Masaki (hər ikisi “Sumqayıt”).
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “Neftçi Arena”. Saat 20.00.
Bəli, “Neftçi” “Sumqayıt”ı sınağa çəkəcək. Tərəflər arasında son vaxtlar prinsipial mübarizənin formalaşması azarkeşlərin diqqətindən yayınmır. Buna baxmayaraq, “Forza Neftçi” başqa olmaqla azarkeşlərin boykotu davam edir. “Ağ-qaralar” üç oyundu davam edən məğlubiyyətsizlik seriyasını davam etdirməli, meydandan azı 1 xalla ayrılmalıdı. Yoxsa 2-ci pillədəki yeri ciddi təhlükə altına düşə bilər. “Sumqayıt” isə ən pis halda ilk “dördlük”dəki yerini qorumağa çalışacaq. “Kimyaçılar” çətin rəqiblə mübarizədən qalib ayrılsa, mövsümü uğurlu nəticələrlə bitirmək üçün böyük şans əldə edəcək.
Ümumiyyətlə, bu komandalar indiyə qədər 46 matçda qarşılaşıb. Bunların 23-də Bakı, 14-də Sumqayıt təmsilçisi qalib gəlib. 9 görüşdə isə qalib müəyyənləşməyib. Topların nisbətində “Neftçi” öndədi – 72:50.
6 aprel
Qarabağ – Səbail 4:2
Yassin Benzya, 15, 40. Toral Bayramov, 69-p. Nəriman Axundzadə, 90 - Nil Bardea, 7. Rüfət Abdullazadə, 88.
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 12:+11=0-1, 29:3.
201718 – 1:0, 1:0; 2018/19 - -:+*, 4:0; 2019/20 – 1:0; 2020/21 – 4:0, 1:0; 2021/22 – 3:0, 5:1; 2022/23 – 3:1, 3:0; 2023/24 – 3:1.
* - texniki nəticə top fərqində nəzərə alınmayıb.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 50-30-20.
Hakimlər: NİCAT İSMAYILLI, Vüsal Məmmədov, Asiman Əzizli, Əli Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20.00.
Köhnə-yeni çempion “Qarabağ” “doğma divarlar” arasında “Səbail”i sınağa çəkəcək. Təbii ki, “köhlən atlar”ın itirəcəyi heç nə yoxdu. Yenə də baş məşqçi Qurban Qurbanov dəfələrlə qarşıdakı oyunlara da yetərincə ciddi yanaşacaqlarını vurğulayıb. Bu baxımdan qonaqların işi xeyli çətin olacaq. “Səbail” üçün yeganə şans rəqibin rotasiyalar etməsindən faydalanmaq və ələ düşən fürsətləri maksimum dəyərləndirmək olacaq. Şahin Diniyevin komandası ən azı xal ehtiyatını yaxşılaşdırmalı və yuxarı pillələrdəki yerini qorumalıdı. “Dənizçilər”in bunu nə dərəcədə bacarağına bu gün şahidlik edəcəyik.
Hər halda, “Qarabağ” bu rəqib qarşısında həm güc, həm də statistika baxımından əzici üstünlüyə malikdi. Komandalar indiyə qədər 26 dəfə qarşılaşıb. Bunların 21-də “köhlən atlar”, 3-də “dənizçilər” 3 xal əldə edib. 2 matçda “sülh” qeydə alınıb. Topların nisbəti belədi – 56:12.
Turan Tovuz – Sabah 2:0
Aleks Souza, 26. Otto Con, 82.
“Turan Tovuz”un bu rəqiblə ev oyunlarının balansı: 3:+0=0-3, 2:6.
2022/23 – 0:1, 0:2; 2023/24 – 2:3.
Cəzalı: Luis Paçu (Turan Tovuz).
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Tovuz. Şəhər stadionu. Saat 16.00.
1. Qarabağ 29 23 3 3 81-24 72
2. Zirə 29 12 9 8 26-18 45
3. Neftçi 29 12 8 9 36-30 44
4. Sumqayıt 29 11 10 8 28-33 43
5. Sabah 29 11 7 11 39-35 40
6. Turan Tovuz 29 10 9 10 44:39 39
7. Səbail 29 10 8 11 42-46 38
8. Araz-Naxçıvan 29 8 8 13 28-39 32
9. Kəpəz 29 8 6 15 32-54 30
10. Qəbələ 29 4 4 21 20-56 16
Bombardirlər: Olavio Juninyo (Qarabağ) – 17, Aleksandr Ramalinqom (Səbail) – 11, Orxan Əliyev (Araz-Naxçıvan) – 9, Yassin Benzya (Qarabağ) – 9.
KƏNAN BAHADIR