“Başqa turnirlər də var, AFFA-ya yeni rəhbərlik gələcək, maliyyə lazımdı”.
Samir bəyin açıqlamasından belə çıxır ki, U-21-in turnirlərə, yoldaşlıq oyunlarına çıxması baxımından, xüsusən də maliyyələ ilə bağlı hansısa problem var? Bu ehtimalı dəqiqləşdirmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədli ilə əlaqə saxladıq:
“Milli komandaların illik planı tərtib olunur, təsdiqlənir. Milli komandalar təlim-məşq toplanışlarına, oyunlara buna əsasən hazırlaşırlar. Samir Əliyev maliyyə problemlərindən danışmayıb. Sadəcə, qeyd edib ki, müxtəlif turnirlərə yollanmaq üçün maliyyə lazımdı. Bu da normal fikirdi”.
ƏSƏD SEYİDOV






