Samir Əliyev üçün 2 sınaq

13.09.2022 11:43 403
Yığma
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq oyunları çərçivəsində iki oyun keçirəcək.

Football-plus.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv sentyabrın 24-də Qırğızıstan, 27-də isə Moldova yığması ilə qarşılaşacaq.

Hər iki görüş saat 19.00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.