“Sabah” Tiflisi fəth etməyə yaxındı

18.02.2024 11:12 246
Ölkə futbolu / Manşet
“Sabah”ın U-11 komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Tbilisi Cup” beynəlxalq turnirində iştirak edir.

Təmsilçimiz qrup mərhələsində “Saburtalo”ya uduzub (0:1), “Kolxeti-1913”ə qalib gəlib (2:1). 1/4 finalda Gürcüstanın “TS Academy” komandasına qolsuz bitən matçın penalti seriyasında 5:4 hesabıyla qalib gəlib “Sabah” yarımfinalda “Torpedo”nu (0:1) məğlub edərək finala vəsiqə qazanıb. “Footbal-plus.az” olaraq, turnirdə keçirilən oyunlarla bağlı Arslan Quliyevin təəssüratını öyrəndik:

“Tbilisi Cup” turnirində 12 komanda iştirak etməliydi. Bəzi səbəblərdən 9 komanda oldu. Qazaxıstandan bəzi komandalar gələ bilmədi. Üç qrupun hər birində üç komanda var idi. 1/4 finalda “TS Academy” ilə qarşılaşma həddən artıq gərgin keçdi. Əsas vaxt heç-heçə bitdi. Penalti seriyasında 5:4 hesabıyla qalib gəldik. Gürcüstan komandalarında istedadlı uşaqlar var. Fərdi və komanda şəklində oynamağı bacarırlar. Çox güclü rəqiblərə qarşı oynayırıq. Bu gün yarımfinalda “Torpedo”ilə qarşılaşdıq. Oyun həddən artıq gərgin keçdi və 1:0 qalib gəldik. Uşaqlar əlindən gələni artıqlamasıyla etdi. Amma onu deyə bilərəm ki, çox yoruldular və çox əziyyət çəkdilər. Sabah (bu gün – red.) da final oynumuzu keçirəcəyik. Bizim uşaqların belə turnirdə iştirakı çox gözəldi. Rəhbərlik sağ olsun ki, bizə bu şəraiti yaradıb. Güclü rəqiblərə qarşı oynamaq çox böyük təcrübədi”.


ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul