“Barselona”dan Holann ilə bağlı açıqlama

25.03.2024 13:30 158
Dünya futbolu
Bir sıra mənbələr “Barselona”nın yayda Erlinq Holannı transfer etməyi planlaşdırdığını iddia edir.

Lakin İspaniya klubunun prezidenti Xuan Laportanın bu iddiaya reaksiyası mənfi olub:

“Bizim belə böyük alışlara ehtiyacımız yoxdu. Yayda transfer bazarı üzərində işləyəcəyik, amma yüksək profilli transferlər gözləmirəm. Diqqətimizi komandanın oyunçularına yönəldəcəyik. Bizim prioritetimiz hazırkı komandaya güvənməkdi, harmoniyamızı poza biləcək oyunçularla müqavilə bağlamaq istəmirik”.