“Barselona” rəhbərliyi yayda bir sıra oyunçularla vidalaşmaq niyyətindədi.
Amma bu fikir Lamin Yamala aid deyil. İspaniya klubu onunla müqaviləni yeniləmək üçün razılğa gəlib. 16 yaşlı yarımmüdafiəçinin hazırkı sözləşməsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub. Müqavilədə yeniyetmə futbolçunun satış qiyməti kimi 1 milyard avro müəyyən edilib.
Yerli mənbələrə görə, klub Lamin ilə müqavilənin müddətinin 2030-cu ilədək artırılması ilə bağlı razılığa gəlib. Amma yeniyetmə futbolçu yeni müqaviləni 18 yaşı tamam olanda – 2025-ci ildə imzalaya bilər.