Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 20.00-da başlasa da, bir çox azarkeş stadiona gec gəldi. Onlar arasında millinin azarkeşləri olan "Milli Hooligans"ın üzvləri də var idi. Gecikmənin səbəbini öyrənmək üçün sözügedən azarkeş qrupunun rəhbəri Azad Şükürlü ilə əlaqə saxladıq. Onun "Football-plus.az"a söylədikləri:
"Polislər buraxmırdı. Hər kəsi 11-ci sektora göndərirdilər. Daha sonra məlumat verildi və azarkeşlər buraxıldı. Oyunda 40 azarkeşlə təmsil olunurduq".
GÜNAY SÜLEYMANOVA






