• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Hədəfsizlik hədəf olanda... - KÖŞƏ

Premyer-liqa / Manşet

21-03-2024, 19:0

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib ki, komandanın qarşısında hansısa yeri tutmaq, avrokuboklara qatılmaqla bağlı hədəf yoxdu.

Bir dəfə də bu barədə yazmışdım. Sanki Samir Abasovun bu dünyada yeganə hədəfi “Neftçi”ni üstələməkdi, ondan sonra hamıya uduzmaq olar. Əvvəlcə baxaq görək çalışdırıcı “Sabah”la oyundan sonra nə deyib. Sitat:

“Bizdə, ümumiyyətlə, 2-ci yer, “avrokubok zonası” söhbəti olmayıb. Amma komanda meydana qələbə üçün çıxır. Mövsümün sonunda hansı yerdə olacağıqsa, o da bizim hədəfimizdi. Hədəflər mövsümün əvvəlində məşqçi yox, klub tərəfindən qoyulur. Qoyulan hədəflərə görə də hərəkət edirsən. Biz təzə komandayıq”.


Etiraf edirəm ki, xeyli təəccüblənirəm. Ötən tur “Səbail”i məğlub edən “Sumqayıt”ın baş məşqçisi Samir Abasov sosial şəbəkələrin qəhrəmanı idi. Onun hakimin final fitindən sonra yaponiyalı yarımmüdafiəçi Masaki Murataya futbol öyrətməsi şou həvəskarı olan sosial şəbəkə izləyicilərinin çox xoşuna gəlmişdi. Onlar belə düşünürdülər ki, Abasovun məşqçilik istedadı o qədər güclüdü ki, 25 yaşlı yapona da futbolu öyrədib, onu yaxşı futbolçuya çevirə bilər. Ümumiyyətlə, ayağı doğru-düzgün top tutmayan yaponun Azərbaycanda nə işi var? “Sumqayıt”ın menecer prezidenti Riad Rəfiyev belə legionerləri hansı keyfiyyətlərinə görə seçir, Samir Abasov da onların keçidinə xeyir-dua verir?! İllərdi sumqayıtlı azarkeşləri yuxuya vermişdilər, ən uca səslə deyirdilər ki, “Sumqayıt”ın məqsədi yerli gəncləri yetişdirməkdi, bu komandanın heyətinə əcnəbi futbolçu çəlb edilməyəcək. Bir də baxıb görürdük ki, heyətdə Almaniyadan tutmuş Dağıstana qədər çeşidli vilayətlərdən futbolçular forma geyir. Onları “milliləşdirib”, sonra da milli komandaya çağırırdılar. Beləcə “milli futbolçuya” çevrilən əcnəbinin də qiyməti birəbeş artırdı.

İndi bu siyasətdən imtina edilib, qazancın yolu dəyişib. “Sumqayıt”a legionerlər gətirirlər, özü də kütləvi surətdə. Bu gün “Sumqayıt”ın iştirak ərizəsində 22 futbolçunun adı yazılıb. Onlardan 11 nəfərinin əlində fərqli ölkələrin pasportları var. Siyahıya baxanda ekzotik ölkələrin vətəndaşlarını görürük. Hələ bu tur qapıları dəyişik salan Murad Xaçayev, qapıçı Mehdi Cənnətov sonradan “azərbaycanlıya çevrilib”. İndi sual edirəm: “Sumqayıt”ın qarşısında yüksək hədəflər dayanmırsa, bu qədər əcnəbiyə nə üçün pul xərcləyirlər? Ya da legioner gətirməlisən ki, yüksək hədəflər uğrunda mübarizə aparasan, avrokuboklara vəsiqə qazanasan. Hərgah bu səviyyə ilə qitə arenasında hansısa nəticə əldə etmək də mümkün deyil. İllərdi bunu görmüşük. “Qarabağ”dan savayı digər təmsilçilərimiz ilkin mərhələdəcə üstümüzə əli ətəyindən uzun qayıdır. “Gənclik şəhəri”nin komandası, yaxud da Riad Rəfiyevin təbirincə desək, “böyük şəhərin tək komandası” da bu sırada dayananlardandı.

Bəli, Samir Abasov düz deyir. Onun çalışdırdığı komandanın qarşısında heç bir ciddi hədəf yoxdu. Məqsəd turları yola verməkdi. Belə olmasaydı, “Sumqayıt” “Kəpəz”lə, “Turan Tovuz”la daha yaxşı mübarizə aparar, prinsipial qarşılaşmada “Sabah”a uduzmamaq üçün meydanda can qoyardı. “Qarabağ”la oyundan sonra Samir Abasova top fərqinin niyə mənfi olduğu barədə sual vermişdilər. Cavabında bildirmişdi ki, səbəb komandasının “Qarabağ”dan çox buraxmasıdı. Amma biz bilirik ki, bu cavab da bəhanədən başqa bir şey deyil. Həmin qarşılaşmadan sonra “Sumqayıt” “Sabah”, “Kəpəz” kimi rəqiblərin hərəsindən üç top buraxıb. Nə oldu, onların da heyətində “Qarabağ”ın ulduzları oynayırdı? Rəqiblərin qapısına 26 dəfə yol tapan “Sumqayıt” əvəzində öz qapısından 32 dəfə top çıxarıb. Bu qolların hamısını “Qarabağ” vurmayıb axı.

Dəfələrlə bu çağırışı etmişəm, eyni mövzuya toxunmuşam. Klublarımıza dövlət tərəfindən maliyyə ayrılması onların iştahını artırıb. İndi onlar daha çox legioner gətirmək, daha çox pul qazanmaq həvəsiylə yaşayırlar. Sözsüz, bu çoxluq da başqa şeyə çevrilib, gəlmələrin səviyyəsi xeyli aşağı düşüb. Çempionatımızda elə legionerlər oynayır ki, keflərinə düşəndə öz qapılarına qol da vururlar, qırmızı vərəqə alıb, komandalarını da pis vəziyyətdə qoyurlar. Onların nəticəyə təsir göstərən kobud səhvləri xeyli şübhəli doğurur, ciddi araşdırma mövzusudu. Ümid edirəm ki, bu məsələyə də nəzarət güclənəcək, legioner transferi ilə bağlı qaydalara yeni düzən veriləcək. Hədəfi hədəfsizlik olan klublarımız da kütləvi legioner sevdasından əl çəkib, yerli gənclərin yetişdirilməsi üçün əllərini daşın altına qoyacaqlar.

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

17-03-2024, 22:0

"Klub tərəfindən qoyulan hədəf liqada qalmaq idi"

Premyer-liqa

10-11-2022, 15:0

Samir Abasovun cəzası bəlli oldu

Premyer-liqa

30-04-2023, 12:0

Samir Abasovdan ikiqat yubiley

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 199
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə