“Football-plus.az” xəbər verir ki, Quluzadənin istefasından sonra komandanı oyunlara baş məşqçinin köməkçisi funksiyasını yerinə yetirən Xəqani Quliyev çıxarıb və protokolda da onun adı yazılıb. Amma 16-cı turun “Füzuli” - “Dinamo” (3:2) matçının protokolunda meydan sahiblərinin baş məşqçisi kimi Nadir Əliyev göstərilib. Bu qarışıq durumu aydınlaşdırmaq üçün klubun mətbuat xidmətinin rəhbəri Rauf İsgəndərliylə danışdıq:
“Xəqani Quliyev heç vaxt komandanın baş məşqçisi olmayıb. Sadəcə, baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirib. Amit Quluzadənin istefasından sonra da kollektivi Nadir Əliyev çalışdırıb. Sadəcə, sənədləşmə işləri uzun çəkdiyi üçün protokolda Xəqani Quliyevin adı qeyd olunub”.
Xatırladaq ki, Nadir Əliyevlə mövsümün sonuna qədər razılıq əldə olunub.
KAMAL SƏFƏR






