“Bu, sadəcə inanılmaz bir sonluqdu. Son dəqiqələrdə əsl həyəcan yaşadıq. Son saniyəyə qədər mübarizə apardıq".
"Football-plus.az" xəbər verir ki, bu sözləri "Bayer-04"ün futbolçusu Patrik Şik Avropa Liqasının 1/8 finalının "Qarabağ"la cavab oyunundan sonra deyib.
Çexiyalı hücumçu UEFA-ya açıqlamasında "Qarabağ" haqda xoş sözlər deyib:
"Rəqibimiz ancaq tərifə layiqdi. Onlar Bundesliqadakı rəqiblərimizdən fərqli oynayırlar. Buna görə də bizim üçün asan olmadı".
"Qarabağ"la oyunun son dəqiqələrdində 2 qol vuraraq komandasına qələbə qazandıran futbolçu bildirib ki, növbəti mərhələdə istənilən rəqibə qalib gələ bilərlər:
"Hücumçu kimi meydana çıxmaq və həlledici qollar vurmaq inanılmaz dərəcədə faydalıdı. İndi biz Avropa Liqasının 1/4 finalını gözləyirik. Növbəti rəqibimizin kim olmasının fərqi yoxdu. Biz hər kəsi məğlub etməyə qadirik”.