Kişi voleybolçular arasında Yüksək Liqada oyunlar əvvəlcədən nəzərdə tutulduğu kimi 4 yox, 6 dövrə davam edəcək. Daha sonra pley-off mərhələsi baş tutacaq. Ətraflı məlumat almaq üçün Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimova ilə əlaqə saxladıq:
“Dəyişikliyə səbəb Şuşanın və Laçının “Xarı Bülbül” komandalarının çempionatda çıxışını dayandırmasıdı. Digər klublar oyunların sayının artırılmasıyla bağlı AVF-yə müraciət ünvanlayıb. Federasiya klubların müraciətini nəzərə alaraq Yüksək Liqada qarşılaşmaların altı dövrədə keçirilməsini qərara alıb”.
GÜNAY SÜLEYMANOVA





