Murad Musayev baş məşqçi təyin olundu

14.03.2024 10:30 289
Dünya futbolu
"Sabah"ın sabiq baş məşqçisi Murad Musayevin yeni iş yeri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, o, "Krasnodar"ın baş məşqçisi təyin olunub. 40 yaşlı mütəxəssislə bu mövsümün sonuna kimi müqavilə imzalanıb. Musayev istefaya göndərilən Vladimir İviçi əvəzləyib.

Qeyd edək ki, "Krasnodar" Rusiya premyer-liqasında 20 oyundan sonra 39 xalla 2-ci yeri tutur və lider "Zenit"dən 1 xal geri qalır.

Musayev fevralda "Sabah"dan ayrılmışdı. O, 2018-ci ilin aprelindən 2021-ci ilin aprelinədək “Krasnodar”ı çalışdırıb.