• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Ümumən maraqlı oyun oldu”

Premyer-liqa

11-03-2024, 00:0

Misli premyer-liqasının 26-cı turunda “Qarabağ” “Zirə”ni məğlub edib - 3:1.

“Football-plus.az” xəbər verir ki, oyundan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Futbolçularımı təbrik edirəm. Bir az narahatlığım var idi. Bəzi oyunçular oyun ritmindən uzaq idilər. Meydanda hardasa hiss olundu. Bir az boşluqlarımız oldu. "Zirə" həmin fürsətlərdən istifadə edə bilmədi. Ümumən maraqlı oyun oldu və vacib 3 xal qazandıq”


- Kevin Medina uzun fasilədən sonra qayıtdı. O, tam olaraq hazırdı?

- Yenidən yaşıl meydanlara döndüyü üçün sevinirik. Amma ağır idi. Öz optimal formasını qaytarmaq üçün bir az vaxt lazım olacaq. "Bayer"lə oyunda hansısa dəqiqələrdə lazım olsa, biləcəyik ki, Kevin var, istənilən an meydana çıxa bilər. Bu, bizim üçün üstünlükdü.

- Azarkeşlərin "Bizi finala çıxar" şüarı var idi. Buna münasibətiniz necədi?

- Biz bu fikirlərdən uzaq olmalıyıq. Fikrimizi tam olaraq "Bayer"lə oyuna yönəltməliyik. Bəzən real olmayan bir şeydən danışmaq düzgün çıxmaz. İstənilən qalibiyyət bizim üçün sevincdir. Fikrimizi şüarlara, yazılara yönləndirməyək.

- Yassin Benzia və Juninyonun durumu necədi?

- Benzia ilə bağlı hər şey normaldır. Juninyonun durumu isə düşündüyümüzdən daha yaxşıdır. Hələ qarşıda günlər var. Əsas heyətdə olmasa da, sonradan meydana girmək şansı var.

- Mərhələ keçmək şanslarını necə dəyərləndirirsiniz? Nəzərə alsaq ki, Elvin və Julio Romao da meydanda olacaq...

- Onların qayıtması üstünlükdü. Orada daha intizamlı olmalıyıq. Rəqib öz azarkeşlərinin önündə oynayır. Leverkuzendə temp burdakından daha yüksək olacaq. Buna dözməliyik. Sabahdan başlayaraq həmin oyuna hazırlaşacağıq. Futbolçular çox yorulub. Onların durumuna görə heyət quracağıq.

- Avropada yaşayan türklər "Qarabağ"a dəstək kampaniyası başladıblar. Bu, sizə nə dərəcədə kömək edəcək?

- Çox. Dəfələrlə demişəm ki, azarkeş futbolun inkişafı üçün səbəbdir. Futbolçu dəstəyi hiss edəndə daha güvənli, istəkli olur. Belə bir kampaniya başlayıbsa, onlara təşəkkür edirəm. Qardaşlarının yanında olurlar. Bizim Avropadakı oyunlarımızda öz azarkeşlərimizlə bərabər türklər də yanımızda olublar. Bu, bizim üçün böyük bir motivasiyadı.

- "Bayer"lə ilk oyundan öncə çox inamlı idiniz. Bunu nəticədə də gördük. Bəs indi nəyə inanırsınız?

- Oyundan öncə keçirilən mətbuat konfransında deyərəm də. Əlbəttə ki, inam olmasa, heç meydana çıxmağa dəymir. Futbolçular inamı ilk olaraq məndə hiss etməlidir. Həmişə real baxmalıyıq. Çox yaxşı komandaya qarşı oynayacağıq. "Bayer" komplekt şəkildə güclüdür. Futbolçular bir-birini tamamlayır. Ən təhlükəlisi də odur ki, futbolçuları acdır. Böyük titullar əldə etmək istəyirlər. Eynilə baş məşqçiləri. Böyük futbolçu olub. Onun ambisiyası böyük məşqçi olmaqdır. Böyümək üçün böyüklərə qalib gəlmək lazımdır. İnam həmişə olacaq. Çalışacağıq ki, onlara qarşı yaxşı mübarizə aparaq. Oyunun sonuna qədər dözmək bizim üçün çox vacibdi. Buradakı matçın 70 dəqiqəsində Azərbaycan çempionatındakı 90 dəqiqəlik enerjini sərf etmişdik. Böyük futbol belədi. Bunu bir oyunda etmək olar. Bunun yorğunluğunu çıxarmaq üçün daha çox vaxt lazımdı. Orqanizm buna öyrəşməyib. Kloppun bir açıqlaması var. Bilirik ki, İngiltərə premyer-liqası digər çempionatlardan fərqlidir. O demişdi ki, Çempionlar Liqası matçları daha çətin, ağır keçir. Məsuliyyət belədi. Orada hamı çox ciddi yanaşır. Biz məğlub ola bilərik. Amma böyük komandalara qarşı mübarizə aparmağı qarşımıza məqsəd qoymalıyıq. Bunu minimum edə biləcəyik.

- Almaniyaya səfər zamanı Xabi Alonsoya demişdiz ki, sizə Bundesliqanı, Avropa Liqasını qazanmağı arzulayıram. Yenə o fikirdə qalırsız?

- Hə, qalıram. Ya o qazansın, ya da biz qazanaq. Bəli, demişdim. Düşünməzdim ki, yenə rəqib olarıq. Bir insan haqq etdiyini alırsa, buna ancaq sevinirəm. Alonsonun çox böyük futbolçu karyerası olub. Öz işinə əsl peşakar kimi yanaşır. Bu gün Bundesliqada 1-ci yerdə olmağa layiqdi. Avropa Liqasında qalib olsa, bunu haqq edir.

Paylaş:
Digər xəbərlər

Manşet / Avropa Liqası

6-10-2023, 02:0

"Oyunçular matçı tam idarə edə bildilər"

Premyer-liqa / Manşet

13-02-2024, 22:0

"Bu qələbə ilə çox şeyi geri qaytara bildik"

Manşet / Avropa Liqası

25-08-2023, 00:0

“Bu oyun bizi arxayınlaşdırmalı deyil”

Premyer-liqa / Manşet

3-03-2024, 23:0

“Neftçi”yə həmişə hörmətim olub”

Aktual
"Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
“Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
"Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
"Sabah" cütün aşkar favoritidi! - bukmekerlər belə deyir...
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
"Nyu Seynts"dən "Sabah"a qarşı həmlə - son anda öz yetirməsini transfer etdi
Son xəbərlər
  • Dünən, 23:49
    "Sabah"ın potensial rəqiblərinin matçında da iki qol, bir "qırmızı"
  • Dünən, 23:24
    "Komandamdan daha çox qol gözləyirdim" - Valdas Dambrauskas
  • Dünən, 23:01
    Messi də 1/4 finalda oynayacaq! - DÇ gecəsi
  • Dünən, 22:24
    "Evdə daha güclü komandalara qarşı yaxşı nəticələr qazanmışıq" - "Nyu Seynts"in baş məşqçisi
  • Dünən, 22:06
    "Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
  • Dünən, 21:59
    "Sabah" Çempionlar Liqasına qələbə ilə başladı - YENİLƏNİB
  • Dünən, 21:17
    "Şəfa"nın hazırlıq planı dəyişdi
  • Dünən, 20:46
    Millimizin rəqibləri məlum oldu - Avropa Kuboku
  • Dünən, 20:15
    Mustafa daha iki il "Araz-Naxçıvan"da
  • Dünən, 19:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 19:00
    “Sabah” - "Nyu Seynts": START HEYƏTLƏRİ
  • Dünən, 18:38
    “Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
  • Dünən, 18:20
    “Rəqibi yaxşı təhlil etmişik, Azərbaycan liqasını izləmişik” – almaniyalı çalışdırıcı
  • Dünən, 18:10
    “Qarabağ” yeni formalarını təqdim etdi
  • Dünən, 17:51
    Dünya çempionatında rekordçu oldu
  • Dünən, 17:20
    Rodri Portuqaliyanın hansı futbolçusundan üzr istədi?
  • Dünən, 16:59
    “Hazırlıq üçün az vaxt oldu” - Rəşad Sadıqov
  • Dünən, 16:27
    "Qəbələ"də növbəti ayrılıq
  • Dünən, 16:10
    Premyer-liqanın püşkü nə vaxt atılacaq?
  • Dünən, 15:56
    "Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
  • Dünən, 15:42
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Dünən, 15:14
    Üç muşketyor başlayır!
  • Dünən, 14:56
    "Sabah" cütün aşkar favoritidi! - bukmekerlər belə deyir...
  • Dünən, 14:43
    “Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
  • Dünən, 14:01
    “Qarabağ” - “Vestri” oyununa nə qədər bilet satılıb?
  • Dünən, 13:46
    "Nyu Seynts"dən "Sabah"a qarşı həmlə - son anda öz yetirməsini transfer etdi
  • Dünən, 13:24
    AFFA prezidenti komandalarımıza uğurlar arzuladı
  • Dünən, 13:05
    Qritseviçlə Jitari təcrübəsiz, Hüytiya təcrübəlidi...
  • Dünən, 12:53
    “Sabah” püşkatmada üçüncü səbətdə yer alacaq
  • Dünən, 12:39
    “Xankəndi” üç futbolçusu ilə vidalaşdı
  • Dünən, 12:08
    Amin Ramazanov "Sabah"da
  • Dünən, 12:00
    “Sabah”a böyük ümidlərlə
  • Dünən, 11:52
    “Sabah” – “Nyu Seynts” matçına neçə bilet satılıb? – hələ minlərlə boş yer var!
  • Dünən, 11:35
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 11:14
    “Azərbaycan adını eşidən elə ölkələr var ki...” - səfər oyunlarının yayını sual altındadı
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 242
Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
Oxunub: 203
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 129
Axırıncı dəfə olsun, Elvin!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə