AFFA nümayəndəsiylə “Kəpəz” azarkeşi arasında insident

9.03.2024 16:00 237
Aktual / Premyer-liqa
Misli premyer-liqasında 26-cı tur davam edir.

“Football-plus.az” xəbər verir ki, “Kəpəz” “Neftçi”ni qəbul edir. Tovuz şəhər stadionunda keçirilən matçda hesab 1:1-di.

İlk hissənin sonunda xoşagəlməz hal baş verib. Oyunun AFFA nümayəndəsi Məmmədəli Məmmədovla “Kəpəz” azarkeşləri arasında mübahisə baş verib. Fanatlar qurum rəsmisindən narazılıqlarını bildiriblər. Nəticədə tərəflər arasında insident baş verib.

Hüquq-mühafizə orqanlarının yardımı ilə məsələ həll olunub.