“Nyu-Cersi” Lindi Raffın baş məşqçi vəzifəsindən qovuluğunu elan edib.
"Football-plus.az" xəbər verir ki, 64 yaşlı kanadalı 2020-ci ilin iyulundan bəri bu komandanın “sükanı arxasında” idi. “Devilz”in onun dönəmində ən yaxşı nəticəsi 2022/23 mövsümündə Stenli kubokunda 2-ci mərhələyə adlamaq olub. “Nyu-Cersi” hazırda 62 oyundan sonra 64 xal toplamaqla Şərq konfransının turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Komanda pley-offda oynamağa imkan verən 8-ci yerdəki “Filadelfiya”dan 8 xal geri qalır. Mövsümün sonuna qədər baş məşqqçi səlahiyyətlətini Raffın məşqçi korpusuna daxil olan Trevis Qrin yerinə yetirəcək.
MHL ilə bağlı başqa maraqlı xəbərlər də var. “Kolorado”nun hücumçusu Neytan Makkinnon ev oyunlarındakı məhsuldarlıq seriyasını davam etdirib. 30 yaşlı forvard “Çikaqo” ilə oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Bununla da ardıcıl 30-cu ev oyununda ən azı bir məhsuldar hərəkət edib. Makkinonun seriyası MHL tarixində uzunluğuna görə 6-cı yerdədi. Bu göstəricidə ilk iki yerdə Ueyn Qretski (1988/89 – 40, 1985/86 – 33 oyun) qərarlaşıb. Deməli, Makkinnon 2-ci pilləyə yüksəlmək üçün qarşıdakı 4 ev oyununda da ya qol vurmalı, ya da məhsuldar ötürmə verməlidi.
“Florida” srağagün səfərdə “Reyncers”ə qalib gəldi. Bu, “Panterz”in rusiyalı qapıçısı Sergey Bobrovski üçn müntəzəm çempionatda 687-ci oyunda qazanılan 391-ci qələbə oldu. Bobrovski 391-ci qələbəsini 796-cı oyunda qazanan amerikalı Rayan Millerə çatdı. Bobrovski və Miller MHL-də ən çox qələbə qazanan hokkeyçilərin sıralamasında 14-cü yeri bölüşür. Bu göstəricidə rekord isə Martin Broderə (1266 oyunda 691 qələbə) məxsusdu.
5 mart
Kolambus – Veqas 6:3 (2:2, 1:0, 3:1)
Reyncers – Florida 2:4 (1:0, 1:2, 0:2)
Toronto – Boston 1:4 (0:2, 0:1, 1:1)
Filadelfiya – Sent-Luis 1:2 Б (1:0, 0:1, 0:0, 0:0, 0:1)
Kolorado – Çikaqo 5:0 (2:0, 2:0, 1:0)
Kalqari – Sietl 2:4 (0:1, 1:1, 1:2)
6 mart
Nyu-Cersi – Florida 3:5 (1:2, 1:1, 1:2)
Pittsburq – Kolambus 5:3 (2:0, 1:2, 2:1)
Boston – Edmonton 1:2 ОТ (0:0, 0:0, 1:1, 0:1)
Aylenders – Sent-Luis 4:2 (0:0, 2:2, 2:0)
Vinnipeq – Sietl 3:4 (0:1, 2:1, 1:2)
Neşvill – Monreal 3:4 OT (1:0, 1:2, 1:1, 0:1)
Arizona – Çikaqo 2:5 (0:1, 2:3, 0:1)
Los-Anceles – Vankuver 1:2 ОТ (1:0, 0:1, 0:0, 0:1)
San-Xose – Dallas 6:7 ОТ (2:2, 3:1, 1:3, 0:1)