“Qəbələ” hazırlığı 3 itki ilə tamamladı

8.03.2024 20:10 197
Premyer-liqa
“Qəbələ” Misli premyer-liqasının XXVI turunda “Sabah”la qarşılaşacaq.

“Football-plus.az” xəbər verir ki, komanda görüşün hazırlığını başa vurub. Samuel Tetteh, Asif Məmmədov və Nicat Əliyev bərpa prosesi keçirlər.

Xatırladaq ki, sabah “Bank Respublika Arena”da keçiriləcək “Sabah” - “Qəbələ” görüşü saat 17.30-da başlayacaq.