“Qəbələ” Misli premyer-liqasının XXIII turundan təxirə salınan oyunda “Qarabağ”la qarşılaşacaq. Matç Qəbələ şəhər stadionunda keçiriləcək.
"Football-plus.az" xəbər verir ki, "qırmızı-qaralar" görüşün hazırlığını başa vurub. Klesio Bauk fərdi məşq edib. Samuel Tetteh bərpa prosesi keçir.
Xatırladaq ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Qarabağ” görüşü saat 19.00-da başlayacaq.