• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bavariya” “Latsio”ya yerini göstərdi

Çempionlar Liqası

8-03-2024, 18:0

ÇEMPİONLAR LİQASI. 1/8 final, cavab görüşü
Bavariya – Latsio 3:0 (2:0)
Bavariya (Münhen, Almaniya): Noyer, Kimmix, De Liqt, Dayer, Gerreyro (Devis, 78), Pavloviç, Qoretska, Sane (Laymer, 89), Müller (Tel, 78), Musiala (Qnabri, 90), Keyn.
Latsio (Roma, İtaliya): Provedel, Maruşiç, Qila, Romanyoli, Pelleqrini, Genduzi, Vesino (Kataldi, 61), Luis Alberto (Kamada, 80), Anderson (Pedro, 75), Zakkanyi (İsaksen, 61), İmmobile (Kastellanos, 61).
Qollar: Keyn, 38 (1:0). Müller, 45+2 (2:0). Keyn, 66 (3:0).
Vərəqələr: Romanyoli, 80. Kataldi, 89. Pelleqrini, 90+2 – sarı.
Hakim: Slavko Vinçiç (Sloveniya).
5 mart. Münhen. 75000 tamaşaçı.
İlk oyun – 0:1.

“Bavariya” cavab oyununda “Latsio”ya heç bir şans vermədi. Romalıların hazırda A seriyasında 9-cu pillədə qərarlaşdığını nəzərə alsaq, bu nəticəni normal saymaq olar. Yəni hətta problemlər məngənəsində boğulan və səfərdəki ilk oyunda uduzan “Bavariya” da bu “Latsio”nu asanlıqla mübarizədən kənarlaşdırdı.

"Football-plus.az" xəbər verir ki, hərçənd oyunun əvvəli darmadağından xəbər vermirdi. Münhen nəhəngi üstünlüyə malik olmasına və çoxlu zərbə vurmasına baxmayaraq, Provedelin qapısı önündə ciddi təhlükə yaratmaqda çətinlik çəkirdi. İlk 35 dəqiqədə oyunun ən yaddaqalan anı hakimin sürüşərək yıxılması oldu. Sloveniyalı Slavko Vinçiç bununla da Müllerin Musialaya ötürməsinin qarşısını kəsdi. 37-ci dəqiqədə “Latsio” oyundakı ilk və yeganə qol şansını yaxaladı. “Bavariya” həmin ana qədər qapıya 11 zərbə vursa da, onların heç birində qola bu qədər yaxın olmamışdı. İmmobile yaxın məsafədən başla zərbə endirsə də, “çərçivə”yə düşə bilmədi. İrəli gedərək qeyd edək ki, qonaqların 90 dəqiqə ərzində, ümumiyyətlə, “çərçivə”yə düşən zərbəsi olmadı! Bu epizod sanki almanları yuxudan ayıltdı və komanda rəqib qapısını mühasirəyə aldı. Təbii ki, hesabı Keyndən başqası aça bilməzdi. Bu mövsüm əla məhsuldarlıq nümayiş etdirən İngiltərə yığmasının kapitanı Gerreyronun uğursuz zərbəsindən sonra başla topu yaxın məsafədən tora göndərdi. İkinci qol da bənzər alındı. İlk yarıya əlavə olunan 2-ci dəqiqədə De Liqtin zərbəsindən sonra qapı önündə dayanmış Müller başla topu qapıya yönəltdi. Fasilədən sonra oyunun ssenarisi dəyişmədi. Musiala və Gerreyronun zərbələri təhlükəli alındı. “Latsio”nun hücumları isə çox kəsərsiz və cılız görünürdü. İkinci hissənin ortalarında Keyn bütün suallara aydınlıq gətirərək oyunda son nöqtəni qoydu. Provedel Sanenin zərbəsini uğursuz şəkildə dəf edincə özünü yetirən 30 yaşlı forvard çətinlik çəkmədən dublunu rəsmiləşdirdi. Beləliklə, “Bavariya” son 13 mövsümdə 12-ci dəfə ÇL-də adını ən güclü 8 komanda sırasına yazdırdı. Komanda bu müddətdə yalnız 2018/19-da (“Liverpul”a uduzmaqla) mübarizəni 1/8 finalda dayandırıb. Qeyri-adi nəsə baş verməsə, 1/4 finalda da Tuxeli münhenlilərin başında görəcəyik. Hərçənd bu matçdan öncə şayiələr gəzirdi ki, “Bavariya” mübarizəni dayandıracağı halda, baş məşqçi dərhal istefaya göndəriləcək. Keyn qolları ilə həm komandasını, həm də baş məşqçisini xilas etdi

Faktlar
* “Bavariya”nın ÇL-də evdəki məğlubiyyətsiz seriyası 14 oyuna yüksəldi (10 qələbə, 4 heç-heçə).
* “Bavariya” ÇL-də evdə İtaliya klublarına qarşı 18-ci oyunda 11-ci qələbəsini qazandı (3 heç-heçə, 4 məğlubiyyət).
* Müllerin qolu “Bavariya”nın ÇL-in 1/8 finallarında vurduğu 100-cü qol oldu. Münhen nəhəngi bu turnirin bu mərhələsində 100 qol həddinə çatan ilk klub kimi tarixə düşdü!
* Keyn ÇL-də vurduğu qollarının sayını 27-yə yüksəltməklə Rahim Sterlinqə çatdı. İndi o, ingiltərəli futbolçular arasında yalnız hesabında 30 qol olan Ueyn Runidən geri qalır. Bundan başqa, Keyn avrokuboklarda 50 qol həddini aşan ilk britaniyalı futbolçu kimi tarixə düşdü. Bu göstəricidə 2-ci pillədə Stiven Cerrard (41), 3-cü pillədə isə Runi (40) qərarlaşıb. Keyn “Bavariya”nın heyətində 33 rəsmi oyunda 33 qol vurub!
* Maraqlıdı ki, Keyn karyerasında ilk dəfə ÇL-in pley-offunda ev oyununda qol vurdu. Buna qədər o, bu turnirin pley-offunda cəmi 2 dəfə fərqlənmiş və hər iki qolu səfərdə (“Tottenhem”in heyətində 2018/19-un 1/8 finalında Dortmund “Borussiya”sına və 2017/18-in 1/8 finalında “Yuventus”a) vurmuşdu.
* Noyer ÇL-də 57-ci “quru” oyununu keçirməklə bu turnirdə İker Kasilyasa məxsus rekordu təkrarladı. Maraq üçün Kasilyasın ÇL-də 177 oyun keçirdiyi halda, Noyerin yalnız 136-cı oyununu keçirdiyini bildirək. Bu göstəricidə 3-cü pillədə Canluici Buffon (52) qərarlaşıb.
* Sarri məşqçi karyerasında 3-cü dəfə ÇL-in 1/8 finalında mübarizəni dayandırmalı oldu. O, komandalarını heç vaxt bu turnirdə 1/4-ə yüksəldə bilməyib. Daha öncə Sarrinin başçılığı altında bu mərhələdə 2019/20-də “Yuventus” “Lion”a, 2016/17-də isə “Napoli” “Real”a uduzmuşdu.
* “Latsio” ÇL çərçivəsində Almaniyada keçirdiyi 5-ci qarşılaşmada da qələbəyə həsrət qaldı (2 heç-heçə, 3 məğlubiyyət).

oyunun statistikası
22 (7) qapıya (“çərçivə”yə) zərbə 5 (0)
6 künc zərbəsi 3
0 ofsayd 0
14 qayda pozuntusu 9
0(0) sarı (qırmızı) vərəqə 3(0)
62 topa sahibolma (faizlə) 38

Oyundan sonra...
Tomas Tuxel, “Bavariya”nın baş məşqçisi:

“Çox baxımlı, səviyyəli və intizamlı futbol sərgilədik. Oyunun heç bir anında təşvişə düşmədik, başımızı itirmədik. İlk oyunla müqayisədə irəlidə daha cəsarətli oynadıq. Hücumlarımız və ritmimiz effektli idi. İlk qol çox vacib idi. İkinci qolu isə tam zamanında vurduq. Bu qollar özümüzə olan inamı artırdı. Tam layiqli şəkildə növbəti mərhələyə yüksəldik”.


Mauritsio Sarri, “Latsio”nun baş məşqçisi:

“İkinci qol həlledici oldu. Həmin qoldan sonra oyun dəyişdi. Ümumi götürəndə ilk yarını yaxşı səviyyədə keçirdik. Amma “Bavariya” bu gün hamının görməyə alışdığı komanda idi. Bu turnirdə bütün klublar həmişə var gücü ilə mübarizə aparır. Biz də əlimizdən gələni etdik. Sadəcə, fasilə ərəfəsində buraxdığımız qol bizi “sındırdı”. Çünki bu qoldan sonra artıq heç birimiz vəziyyəti düzəldə biləcəyimizə inanmırdıq. Hər şey başqa cür də alına bilərdi. Ümumi götürdükdə bu mövsüm ÇL-dəki çıxışımızı müsbət dəyərləndirmək olar”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-12-2023, 20:0

“Latsio” 1/4 finalın ilk iştirakçısı oldu

Çempionlar Liqası

15-02-2024, 02:0

"Latsio" "Bavariya"nı, PSJ "Real Sosyedad"ı məğlub etdi

Dünya futbolu

29-01-2024, 22:0

“Bavariya” bu dəfə sürprizə imkan vermədi

Çempionlar Liqası

19-02-2024, 20:0

“Bavariya”ya növbəti zərbəni “Latsio” endirdi

Çempionlar Liqası

21-09-2023, 21:0

Qapıçı “Latsio”nu məğlubiyyətdən xilas etdi!

Dünya futbolu

24-01-2024, 22:0

“Latsio” yenə “İnter” ilə bacara bilmədi

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
  • 25-07-2026, 22:0
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • 25-07-2026, 22:0
    London klubunda yeni oyunçu
Daha çox
Oxunub: 211
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 104
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 99
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 96
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə