• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bavariya”ya növbəti zərbəni “Latsio” endirdi

Çempionlar Liqası

19-02-2024, 20:0

Çərşənbə günü 1/8 finalın daha iki maraqlı oyunu keçirildi.

"Football-plus.az" xəbər verir ki, “Real Sosyedad” nə qədər çalışsa da, Parisdən sərfəli nəticə ilə dönə bilmədi. Hərçənd cavab görüşü ərəfəsində 2 topluq fərqi faciə adlandırmaq olmaz. Günün və hələ ki bu mərhələnin əsas sürprizi Romada qeydə alındı. Əvvəlki əzəmətini itirə-itirə gedən “Bavariya”ya daha bir zərbəni “Latsio” vurdu.

1/8 final, ilk oyunlar
Latsio – Bavariya 1:0 (0:0)
Latsio (Roma, İtaliya): Provedel, Maruşiç, Qila (Patrik, 81), Romanyoli, Hüsay (Latsari, 60), Genduzi, Vesino, Luis Alberto (Kamada, 81), İsaksen (Pedro, 74), Anderson, İmmobile (Kastellanos, 74).
Bavariya (Münhen, Almaniya): Noyer, Mazraui, Upamekano, Kim Min Çje, Gerreyro, Kimmix, Qoretska (De Liqt, 73), Sane (Tel, 83), Müller (Çupo-Motinq, 81), Musiala, Keyn.
Qol: İmmobile, 69-p.
Vərəqələr: Kimmix, 68 – sarı. Upamekano, 67 – qırmızı.
Hakim: Fransua Letesye (Fransa).
14 fevral. Roma. 57470 tamaşaçı.

Püşkdən sonra bu duel futbolsevərlərdə ciddi maraq oyatmamışdı. Çünki hər kəs birmənalı şəkildə “Bavariya”nın “Latsio” ilə oyunlarda problem yaşamayacağını düşünürdü. Amma futbolu bəlkə də bu qədər sevdirən amillərdən biri məhz belə sürprizlərin qeydə alınmasıdı...

Ötən həftəsonu daxili çempionatda sarsıdıcı məğlubiyyətlə üzləşən “Bavariya” Romaya yaxşı əhval-ruhiyyədə gəlməmişdi. Amma böyük klublar, adətən, məğlubiyyətə lazımi reaksiya verərək növbəti oyunda fanatlarını sevindirir. Münhen nəhənginin isə sanki barıtı tükənib. Tuxelin komandası oyuna heç də pis başlamadı. Sadəcə, qonaqlar üstünlüyə malik olsalar da, rəqib qapısına yaxınlaşmaqda çətinlik çəkirdilər. Yaxınlaşmaq mümkün olduğu anlarda isə zərbələr qeyri-dəqiq alınırdı. “Latsio” əsasən müdafiə olunurdu və rəqibə boş zona verməməyə çalışırdı. Oyunun belə axarı meydan sahiblərinə sərf edirdi. İkinci hissə “Latsio”nun təhlükəli hücumu ilə başladı. İsaksen faktiki qapıçı ilə təkbətək çıxsa da, Noyer komandasını xilas etdi. “Bavariya”nın belə desək, günündə olmadığını hiss edən italyanlar əks-hücumların sayını artırmağa başladılar. Matçın qırılma anı və kuliminasiya nöqtəsi 67-ci dəqiqəyə təsadüf etdi. “Latsio”nun sürətli əks-hücumlarından biri İsaksenin qapıya qeyri-dəqiq zərbəsi ilə tamamlandı. Amma Upamekano faktiki artıq zərbədən sonra kobud şəkildə rəqibin ayağını tapdaladı. 25 yaşlı fransalı müdafiəçi komandasına ikiqat zərbə endirərək həm penaltiyə səbəbkar oldu, həm də qırmızı vərəqə aldı! Təcrübəli İmmobile topla Noyeri ayrı-ayrı künclərə göndərərək hesabı açdı. Maraqlıdı ki, qonaqlar qol buraxandan sonra da ayılmadılar. Tuxel əvəzetmələrlə komandasına “süni nəfəs” verməyə çalışsa da, bunun heç bir faydası olmadı. Təsəvvür edin ki, “Bavariya”nın qapıya vurduğu 17 zərbədən heç biri “çərçivə”yə düşmədi və komanda son 5 ildə ilk dəfə ÇL matçını rəqib qapıçını narahat etmədən tamamladı! Özə də ötən həftəsonu Leverkuzen səfərində də buna bənzər mənzərə yaranmış və “çərçivə”yə cəmi 1 zərbə vurmaq mümkün olmuşdu. Başqa sözlə desək, “Bavariya”nın son 2 rəsmi matçda qapıya vurduğu 26 zərbədən yalnız 1-i (!) “çərçivə”yə düşüb. Tuxelin klubdakı gələcəyi artıq ciddi şəkildə müzakirə olunur. Düzdü, deyilənə görə, rəhbərlik onun işinə tam olaraq qiymət vermək üçün mövsümün sonunu gözləmək istəyir. Amma “Bavariya” bu mərhələdə mübarizəni dayandırsa, aydın məsələdi ki, heç kim mövsümün sonunu gözləməyəcək...

Faktlar
* “Latsio” ÇL-də ardıcıl 3-cü ev oyununda qapısını toxunulmaz saxladı. Maraqlıdı ki, bu seriyaya qədər komanda bu turnirdə evdə ardıcıl 22 oyunda qol buraxaraq İtaliya təmsilçiləri arasında yeni antirekordçu olmuşdu!
* “Latsio” tarixində cəmi 2-ci dəfə ÇL-in pley-offunda qələbə qazandı. İlk qələbə 1999/00-də 1/4 finalın “Valensiya”ya qarşı evdəki cavab oyununda qeydə alınmışdı (1:0).
* “Bavariya” son 12 ildə ilk dəfə ÇL-in 1/8 finalının ilk oyununda uduzdu. Sonuncu dəfə bu hal 2012-də “Bazel” ilə dueldə yaşanmışdı. O vaxt da ilk oyunda 0:1 qeydə alınmış, cavab matçında isə Münhen nəhəngi 7:0 üstün olmuşdu.
* “Bavariya”nın İtaliya klublarına qarşı 12 oyunluq məğlubiyyətsiz seriyası qırıldı (10 qələbə, 2 heç-heçə). Son məğlubiyyət 2010/11-də ÇL-in 1/8 finalında “İnter”ə qarşı evdəki cavab oyununda qeydə alınmışdı (2:3).
* “Bavariya”nın ardıcıl 2 məğlubiyyətinə sonuncu dəfə 2019-da, ardıcıl 2 oyunda qol vura bilməməsinə isə 2015-da təsadüf olunmuşdu.
* “Bavariya” Tomas Tuxelin başçılığı altında keçirdiyi 43-cü rəsmi oyunda 10-cu məğlubiyyətlə üzləşdi. Maraqlıdı ki, ötən ilin martın sonlarında qovulan Yulian Naqelsmannın dönəmində komanda eyni sayda məğlubiyyətlə 84 (!) rəsmi oyunda üzləşmişdi.

oyunun statistikası
11 (4) qapıya (“çərçivə”yə) zərbə 17 (0)
3 künc zərbəsi 5
0 ofsayd 2
7 qayda pozuntusu 8
0(0) sarı (qırmızı) vərəqə 1(1)
39 topa sahibolma (faizlə) 61

Oyundan sonra...
Mauritsio Sarri, “Latsio”nun baş məşqçisi: “Bu qələbə çox çalışmağın və səbirli olmağın qarşılığıdı. Avropanın ən güclü klublarından birini məğlub etmək bizə böyük məmnunluq yaşatdı. Hərçənd son anlarda ikinci qolu da vura bilərdik. Əla şansı əldən vermək bizi üzdü. Əvvəldən sona qədər komanda şəklində çox yaxşı təsir bağışladıq. Bilirdik ki, matçın böyük hissəsində top bizdə olmayacaq. Sadəcə, səbirli olmalı və öz şansımızı gözləməli idik. Yaxşı ki, ələ düşən şansların heç olmasa, birindən yararlandıq. Qoldan sonra daha çox müdafiə haqda düşünərək qələbə hesabını qorumağa çalışdıq. Tuxel məşqçi karyerasında məndən daha çox titul qazanıb. Belə vəziyyətlərdə nə etmək lazım olduğunu gözəl bilir. “Bavariya” hansı durumda olmasından asılı olmayaraq, güclü komandadı. Onlarda Tel başda olmaqla sonradan meydana çıxan futbolçular məndə xoş təəssürat oyatdı”.
Tomas Tuxel, “Bavariya”nın baş məşqçisi: “Çox üzgün və əsəbiyik. “Latsio” qalib gəlmədi. Biz özümüz məğlub olduq. Sanki qələbəni rəqibə vermək üçün əlimizdən gələni etdik. İkinci hissədə özünəinamı itirdik. Bunun səbəbini anlamaqda çətinlik çəkirəm. “Latsio” da bunu hiss etdi və daha inamlı oynamağa başladı. Bunun məntiqi nəticəsi kimi qol buraxdıq. Fasilədə oyunçularıma tam fərqli göstərişlər vermişdim. Hücumda daha ürəkli və sürətli oynamağımızı istəmişdim. Amma biz olan-qalan oyunumuza da itirdik. Qəribə penalti və qırmızı vərəqə oyunun taleyini həll etdi. Bəzi məqamların üzərində işləməliyik. İlk yarıda müəyyən fürsətlərimiz olsa da, matçı “çərçivə”yə zərbə vurmadan tamamladıq. Belə statistika ilə qalib gəlmək çətin məsələdi. Amma cavab oyununda səhvlərimizi düzəltməyə və mərhələni adlamaq üçün lazım olan nəticəni qazanmağa çalışacağıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-12-2023, 20:0

“Latsio” 1/4 finalın ilk iştirakçısı oldu

Çempionlar Liqası

15-02-2024, 02:0

"Latsio" "Bavariya"nı, PSJ "Real Sosyedad"ı məğlub etdi

Dünya futbolu

29-01-2024, 22:0

“Bavariya” bu dəfə sürprizə imkan vermədi

Çempionlar Liqası

8-10-2023, 18:0

Favoritlərdən əzmkar qələbələr - TƏHLİL

Dünya futbolu

24-01-2024, 22:0

“Latsio” yenə “İnter” ilə bacara bilmədi

Çempionlar Liqası

13-09-2022, 22:0

Levandovski start heyətində

Aktual
Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Mikels mövsümün ən yaxşı oyunçusudu!
“Bu, rəhbərliyə aid olan bir məsələdi” - Ayxan Hüseynov üç klubdan təklif alıb
Son xəbərlər
  • Bu gün, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Bu gün, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Bu gün, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • Dünən, 23:59
    "Pafos" Muradın təqdimatını yayınladı
  • Dünən, 23:45
    "Şahdağ Qusar"da yeni futbolçu
  • Dünən, 23:01
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 22:52
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • Dünən, 22:14
    Mourinyo onları “Real”da görmək istəyir
  • Dünən, 21:43
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
  • Dünən, 21:15
    Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
  • Dünən, 20:50
    "Zirə"dən daha bir transfer
  • Dünən, 20:24
    Koreyalılar media ilə ünsiyyəti dayandırdılar
  • Dünən, 19:53
    Roberto Karlos Argentina ilə Braziliyanı müqayisə etdi
  • Dünən, 19:22
    Yenidən doğma klubunda oynayacaq
  • Dünən, 18:51
    Amaniyaya qayıtdı
  • Dünən, 18:20
    Milli komandanın rekordçusu oldu
  • Dünən, 17:59
    Susqun “Turan Tovuz”, coşqun Rəşad Sadıqov
  • Dünən, 17:28
    Doğma klubuna qayıtdı
  • Dünən, 16:57
    Nihat Kahvecinin və türk dünyasının göz yaşları... - DÇ təəssüratı
  • Dünən, 16:27
    Ayxan Hüseynov "Zirə"də
  • Dünən, 15:56
    "Xankəndi" üç futbolçu ilə yolları ayırdı
  • Dünən, 15:32
    UFC həyəcanı Dənizkənarı Bulvarda: açıq məşq və fan-zona təşkil olunacaq
  • Dünən, 15:13
    Azər Məmmədov yenidən "Kəpəz"in baş məşqçisi oldu
  • Dünən, 14:59
    Eltun Yaqubluya "Zirə"də yeni vəzifə verildi
  • Dünən, 14:38
    "Real"ın yetirməsi "Araz-Naxçıvan"da
  • Dünən, 14:17
    "Turan Tovuz" Ayxan Hüseynovla vidalaşdı
  • Dünən, 13:56
    “Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
  • Dünən, 13:25
    Messi DÇ tarixinin ən məhsuldar oyunçusudu!
  • Dünən, 12:54
    Mikels mövsümün ən yaxşı oyunçusudu!
  • Dünən, 12:22
    “Bu, rəhbərliyə aid olan bir məsələdi” - Ayxan Hüseynov üç klubdan təklif alıb
  • Dünən, 11:51
    Daha nə istəyirik?! - KÖŞƏ
  • Dünən, 11:20
    Avrokubok yolçuları üçün hər şey dəqiqləşdi – azarkeşlərin diqqətinə!
  • Dünən, 10:57
    Fransa və Norveç də pley-offa vəsiqə qazandı - DÇ səhəri
  • Dünən, 10:19
    Buntiç "Qarabağ"ı Portuqaliya klubuna dəyişdi
  • Dünən, 10:00
    İtaliya klubunu tərk etdi
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 250
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 227
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 225
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 205
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 200
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə