Paris merliyinin əməkdaşı noutbukunu və Fransa paytaxtında keçiriləcək Olimpiya Oyunları dövründə təhlükəsizliyin təmin olunması ilə bağlı planların yer aldığı məlumat bazasını itirib.
"Football-plus.az" xəbər verir ki, bu haqda xəbəri BFM TV kanalı yayıb. Hadisə fevralın 26-sı, axşam saatlarında baş verib. Kişi əməkdaş Şimal vağzalında qatara əyləşərkən itkini üzə çıxarıb. O, noutbukun və şəxsi əşyaların olduğu çantanı oturacağın altına qoyub, ancaq qatarı dəyişərkən çantanın itməsindən xəbər tutub.