London klubunda daha bir itki

29.02.2024 18:00 159
Dünya futbolu
"Çelsi"nin futbolçusu zədələnib.

London klubunun baş məşqçisi Maurisio Poçettino Kristofer Nkunkunun sıradan çıxdığını bildirib. O, fransalı vingerin təxminən 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağını da deyib.

26 yaşlı Kristofer komandada 2023-cü ilin yayından oynayır. O, bu mövsüm 10 oyuna çıxıb və 2 qol vurub.